Fatir - 35:10 Şərəf-şan arzulayanlar, bilsin ki, bütün şərəf-şan Allaha aiddir. Gözəl söz Ona çıxar, yaxşı iş də onu yüksəldir. Pislik planlayanlar üçün çətin (şiddətli) bir əzab vardır və onların planı müvəffəqiyyətsizliklə nəticələnəcəkdir.
Axirət əzabı dərəcə-dərəcədir:
Hicr/15:43 "Cəhənnəm hamısının görüşmə yeridir."
Hicr/15:44 "Onun yeddi qapısı vardır və hər bir qapı üçün onlardan müəyyən bir pay vardır."

Ali İmran/3:162 Allahın rizasına diqqət edən bir kimsə Allahın öfkəsinə uğrayıb Cəhənnəmə girən kimsə kimi ola bilərmi? O necə də pis bir yerdir!
Ali İmran/3:163 Onlar Allah qatında dərəcə dərəcədir. Allah etdiklərinizi görəndir.

Ğafir/40:45 Allah onu onların planladıqları pisliklərdən qorudu. Fironun tərəfdarlarını əzabın ən pisi bürüdü.
Ğafir/40:46 Onlara gündüz və axşam atəş verilər. Dünyanın son günündə isə, "Fironun tərəfdarlarını əzabın ən çətininə (şiddətlisinə) salın."

Nisa/4:145 İkiüzlülər (münafiqlər) Atəşin ən aşağı qatındadır; Onlara yardım edəcək kimsə tapa bilməzsən.