Fatir - 35:15 Ey insanlar, siz Allaha möhtacsınız. Allah isə heç kimsəyə möhtac deyildir, Təriflənəndir.
Məqsəd; inkar edərsəniz, Allah kimsəyə möhtac deyildir, inkar etməyəcək camaatı yerinizə keçirə biləcək gücə və zənginliyə sahibdir:
Məaric/70:40 Məşriqlərin və məğriblərin Rəbbinə and olsun; Bizim gücümüz yetər...
Məaric/70:41 Onları, özlərindən daha yaxşıları ilə dəyişdirməyə... Bizi kimsə məğlub edə bilməz.

Muhəmməd/47:38 Sizlər, Allah yolunda xərcləməyə dəvət edilirsiniz, ancaq bir qisminiz xəsislik etməkdədir. Kim xəsislik edərsə, özünə qarşı xəsislik etmişdir. Allah Zəngindir, siz isə yoxsulsunuz. Üz çevirsəniz, yerinizə başqa bir topluluq gətirər ki, onlar sizin kimi olmazlar.

Maidə/5:54 Ey iman edənlər! Kim dinindən dönərsə bunu bilsin: Allah sevdiyi bir camaatı gətirər; onlar da Onu sevər. İman edənlərə qarşı təvazökar, kafirlərə qarşı güclü və sərtdirlər. Allah yolunda cihad edərlər, qınayanın qınamasından çəkinməzlər. Bu, Allahın lütfüdür; onu istədiyinə verir. Allah Comərddir, Biləndir.

Fatir/35:15 Ey insanlar, siz Allaha möhtacsınız. Allah isə heç kimsəyə möhtac deyildir, Təriflənəndir.
Fatir/35:16 İstəyərsə, sizi götürər və yerinizə yeni məxluqları gətirər.

Muhəmməd/47:38 Sizlər, Allah yolunda xərcləməyə dəvət edilirsiniz, ancaq bir qisminiz xəsislik etməkdədir. Kim xəsislik edərsə, özünə qarşı xəsislik etmişdir. Allah Zəngindir, siz isə yoxsulsunuz. Üz çevirsəniz, yerinizə başqa bir topluluq gətirər ki, onlar sizin kimi olmazlar.

Ənam/6:89 Bax onlar, özlərinə kitab, hikmət və peyğəmbərlik verdiklərimizdir. Əgər bu xalq, bunları inkar edərsə, Biz onları inkar etməyən bir cəmiyyətlə yerlərini dəyişdirərik.

Təğabun/64:5 Daha öncə inkar edib və etdiklərinin qarşılığını dadanların xəbəri sizə yetişmədimi? Onlara ağrılı-acılı bir əzab vardır.
Təğabun/64:6 Çünki, elçiləri onlara açıq-aşkar dəlillərlə gedirlər və onlar isə, "Bizə doğru yolu bir insanmı göstərəcək?" deyirdilər. Beləcə inkar edib üz çevirirdilər. Allah heç bir şeyə möhtac deyildir. Allah Zəngindir, Təriflənəndir.