Fatir - 35:3 Ey insanlar, Allahın sizə olan nemətlərini xatırlayın. Sizi göydən və yerdən ruziləndirən Allahdan başqa bir yaradıcımı var? Ondan başqa tanrı yoxdur. Necə olur ki, azdırılırsınız?
Əlaqəli:
Yunus/10:31 De ki: "Sizə göydən və yerdən kim ruzi verir? Eşitmə və görmə duyğularınızı kim kontrol edir? Ölüdən dirini, diridən ölünü kim çıxarır? Bütün işləri kim idarə edir?" "Allah," deyəcəklər. De ki: "Elə isə nə üçün müttəqi davranmırsınız?"

Nəml/27:64 Yaradılışı başladan və sonra onu  təkrarlayan kimdir? Sizi göydən və yerdən ruziləndirən kimdir? Allah ilə birlikdə başqa bir tanrıdır? De ki, "Doğru sözlülərsinizsə dəlilinizi gətirin."

Fatir/35:3 Ey insanlar, Allahın sizə olan nemətlərini xatırlayın. Sizi göydən və yerdən ruziləndirən Allahdan başqa bir yaradıcımı var? Ondan başqa tanrı yoxdur. Necə olur ki, azdırılırsınız?