Fatir - 35:32
Sonra qullarımızdan seçdiklərimizi kitaba varis etdik. Onlardan bəzisi özlərinə zülm edənlərdir, bəzisi orta yolu tutar, bəzisi də Allahın izni ilə yaxşı işlərdə öncüdür. Bax böyük lütf budur.
Yaxşı işlərdə tələsənlərdən olmaq və dolayısı ilə müttəqi xüsusiyyətlərə qovuşdurulmaq, cənnətə layiq olmaq yolunda insana bəxş edilmiş böyük bir lütfdür:
Maidə/5:54
Ey iman edənlər! Kim dinindən dönərsə bunu bilsin: Allah sevdiyi bir camaatı gətirər; onlar da Onu sevər. İman edənlərə qarşı təvazökar, kafirlərə qarşı güclü və sərtdirlər. Allah yolunda cihad edərlər, qınayanın qınamasından çəkinməzlər. Bu, Allahın lütfüdür; onu istədiyinə verir. Allah Comərddir, Biləndir.
Məryəm/19:63
Müttəqi qullarımıza verəcəyimiz cənnət budur.
Fatir/35:32
Sonra qullarımızdan seçdiklərimizi kitaba varis etdik. Onlardan bəzisi özlərinə zülm edənlərdir, bəzisi orta yolu tutar, bəzisi də Allahın izni ilə yaxşı işlərdə öncüdür. Bax böyük lütf budur.
Fatir/35:33
Ədn (sonsuzluğadək davam edən) cənnətlərinə girərlər. Orada qızıl bilərziklər və incilər taxacaqlar, oradakı libasları isə ipəkdəndir.
Şura/42:22
Etdikləri işlər başlarına gələrkən zalımları təşviş içində görərsən. İman edib müttəqi davrananlar cənnətlərin bağçalarındadır. Onlar üçün Rəbləri qatında istədikləri hər şey vardır. Məhz bu, böyük lütfdür.
Muhəmməd/47:15
Müttəqilərə söz verilən cənnətin örnəyi budur: İçində çox təmiz sudan çaylar, dadı pozulmayan süddən çaylar, içənlərə ləzzət verən sərxoş edici maddələrdən olan çaylar və süzmə baldan çaylar vardır. Onlar üçün orada hər cürə məhsul və Rəblərindən bir bağışlanma vardır. Bunların vəziyyəti, atəşdə sürəkli qalan və bağırsaqlarını deşən qaynar bir sudan içirdilən kimsələrin vəziyyəti kimi ola bilərmi?