Fatir - 35:41
Allah, göyləri və yeri xaosa girməkdən qorumaqdadır. Xaosa girsələr Ondan başqa kim onu əngəlləyə bilər? O Şəfqətlidir, Bağışlayandır.
Allahın göyləri və yeri xaosa girməkdən qoruması bizə şəfqətinin bir işarəsidir:
Həcc/22:65
Allahın yerdəki şeyləri və əmri ilə dənizdə axıb gedən gəmiləri xidmətinizə verdiyini və göyü, izni olmadan yerin üzərinə düşməkdən qoruduğunu görmürsənmi? Allah insanlara qarşı Şəfqətlidir, Rəhmlidir.