Fatir - 35:45
Allah insanları etdiklərinə görə cəzalandırsaydı, yer üzündə heç bir məxluq buraxmazdı. Fəqət, onları bəlli bir müddətə qədər təxirə salmaqdadır. Nə zaman ki, müddətləri bitər, bax o zaman Allah qullarının (hesabını) görər.
Ayənin eynisi:
Nəhl/16:61
Allah zülmlərinə görə insanları cəzalandırsaydı, orada bir məxluq buraxmazdı; lakin onları bəlli bir vaxta qədər təxirə salar. Vaxtlarının sonu gəldiyi zaman da nə bir saat önə alınarlar, nə də təxirə salınarlar.
Kəhf/18:58
Rəbbin Bağışlayandır, Mərhəmət sahibidir. Etdikləriylə dərhal onları haqq-hesaba çəksə, onlar üçün əzabı tezləşdirmiş olardı. Ancaq, onlara müəyyən bir vaxt verir ki, onun kənarına çıxa bilməzlər.
Fatir/35:45