Fatir - 35:5
Ey insanlar! Allahın sözü gerçəkdir; Dünya həyatı sizi aldatmasın. Aldadıcı, sizi Allah haqqında aldatmasın.
Aldadıcı kimdir, Allah haqqında necə aldadır?
Nisa/4:120
Onlara söz verir, ümid verir. Gerçəkdə, şeytanın onlara verdiyi söz aldatmaqdan başqa bir şey deyildir.
Ənam/6:112
Beləcə, hər peyğəmbərə insanlardan və cinlərdən olan şeytanları düşmən etdik. Aldatmaq üçün bir-birlərinə yaldızlı sözləri vəhy edərlər. Rəbbin istəsəydi, bunu edə bilməzdilər. Onlara və etdikləri iftiralara əhəmiyyət vermə.
Ənam/6:118
Ayələrinə iman edirsinizsə, üzərində Allahın ismi xatırlananlardan yeyin.
Ənam/6:119
Sizə nə olur ki, üzərində Allahın ismi xatırlananlardan yemirsiniz? Halbuki məcburi hallar xaricində sizə qadağan edilənləri təfsilatı ilə sizə açıqlamışdır. Bir çoxları, biliyə əsaslanmayan şəxsi fikirləriylə insanları azdırır. Rəbbin həddi aşanları ən yaxşı biləndir.
Ənam/6:121
Üzərində Allahın adı xatırlanmayanlardan yeməyin. Çünki o, yoldan çıxmaqdır. Şeytanlar, sizinlə mübahisə etmələri üçün dostlarına vəhy edər. Onlara tabe olsanız, siz də ortaq qoşmuş olarsınız.
Əraf/7:20
Şeytan, özlərindən gizlənmiş olan bədənlərini ortaya çıxarmaq üçün onlara fısıldadı: "Rəbbinizin sizi bu ağacdan uzaqlaşdırmasının səbəbi, ikinizin də bir mələk və ya bir əbədi varlıq olmamanız üçündür," dedi.
Əraf/7:21
Onlara and da içdi: "Mən sizə öyüd verirəm."
Əraf/7:22
Beləcə, onları yalanlarla aldatdı. Ağacı dadınca bədənləri özlərinə görsəndi. Üzərlərini cənnət yarpaqları ilə örtməyə başladılar. Rəbləri onları çağırdı: "O ağacdan ikinizi də çəkindirmədimmi və şeytanın ikinizə də düşmən olduğunu söyləmədimmi?"
Əraf/7:27
Adəm oğulları, şeytan, ana-atanızın vücudlarını özlərinə göstərmək üçün libaslarını soyunduraraq cənnətdən çıxartdığı kimi sizi də çaşdırmasın. O və qəbiləsi sizin onları görmədiyiniz yerdən sizi görürlər. Biz, şeytanları, iman etməyənlərin dostları etdik.
Ənfal/8:48
Şeytan, işlərini onlara süsləmiş və: "Bu gün insanlardan kimsə sizi məğlub edə bilməz. Mən sizin yanınızdayam," demişdi. İki ordu üz-üzə gəlincə də, dabanları üstündə geri dönüb, "Sizinlə bir əlaqəm yoxdur, sizin görmədiyinizi görürəm və Allahdan qorxuram. Allahın cəzası çətindir (şiddətlidir)," demişdi.
Hud/11:18
Uydurma olan şeyləri Allaha isnad edəndən daha zalım kim ola bilər? Onlar Rəblərinin hüzuruna çıxarılar və şahidlər: "Bax, Rəbləri haqqında yalan uyduranlar bunlardır," deyəcəklər. Allahın lənəti zalımlaradır.
Hud/11:19
Onlar ki, Allahın yolundan uzaqlaşdırarlar və onu əyri göstərmək istəyərlər. Onlar axirəti də inkar edərlər.
İbrahim/14:22
Qərar yayımlandıqdan sonra şeytan onlara belə dedi: "Allah sizə gerçəyi söz verdi, mən isə sizə söz verdim və sözümdən döndüm. Mənim sizin üzərinizdə heç bir gücüm yox idi; mən sizi çağırdım, siz də mənə qatıldınız. Buna görə məni qınamayın, yalnızca özünüzü qınayın. Nə siz məni qurtara bilərsiniz, nə də mən sizi qurtara bilərəm. Məni ortaq qoşmanızı zatən öncə də inkar etmişdim." Zalımlar üçün ağrılı-acılı bir əzab vardır.
Nəml/27:23
"Onları idarə edən bir qadın gördüm. Ona hər şeydən verilmiş və böyük bir sarayı var."
Nəml/27:24
"Onu və xalqını Allahdan başqa günəşə səcdə edərkən gördüm. Şeytan onların işlərini özlərinə süsləmiş və onları yoldan çıxarmış və buna görə doğrunu görə bilmirlər."
Ənkəbut/29:38
Eyni şəkildə, Ad və Səmudu da... Aqibətləri, sakin olduqları yerlərdən sizə bəllidir. Şeytan işlərini onlara süslü göstərərək onları yoldan azdırdı. Halbuki görüb anlayacaq qabiliyyətə sahib idilər.
Loğman/31:6
İnsanlardan bəzisi var ki, insanları bilgisizcə Allahın yolundan azdırmaq və onu kiçik hesab etmək üçün təməlsiz hədislərə sarılarlar. Onlar üçün alçaldıcı bir əzab vardır.
Loğman/31:33
Ey insanlar! Rəbbinizi dinləyin, atanın övladına yardım edə bilməyəcəyi və övladın da ataya yardım edə bilməyəcəyi gündən qorxun. Allahın sözü gerçəkdir. Dünya həyatı sizi aldatmasın. Aldadıcılar, sizi Allah ilə aldatmasınlar.
Ya sin/36:59
Ey günahkarlar, siz bu gün ayrılın.
Ya sin/36:60
Ey Adəmin övladları, şeytana qulluq/xidmət etməyəcəyinizə dair sizdən söz almamışdımmı? O sizin açıq-aydın düşməninizdir.
Ya sin/36:61
Mənə qulluq edin. Bu ən doğru yoldur.
Ya sin/36:62
Buna rəğmən o, sizdən bir çox nəsilləri azdırdı. Heç ağlınızı işlətmirdiniz?
Ya sin/36:63
Bax, sizə söz verilən cəhənnəm budur!
Fussilət/41:25
Keçmişlərini və gələcəklərini onlara gözəl göstərən bəzi yoldaşları onlar üçün təyin etdik. Onlardan öncə gəlib-keçmiş cin və insan cəmiyyətləri üçün gerçəkləşən o söz, onlar üçün də keçərli oldu. Onlar ziyana uğramışlardır.
Zuxruf/43:36
Kim Rəhmanın mesajına əhəmiyyət verməzsə, ona bir şeytanı istiqamətləndirərik, sonra da onun yoldaşı olar.
Zuxruf/43:37
Həqiqətən, onları yoldan çıxararlar. Buna rəğmən onlar doğru yolda olduqlarını sanarlar.
Hədid/57:14
"Biz sizinlə birlikdə deyildikmi?" deyə onlara səslənərlər. "Bəli," deyərlər. "Ancaq siz özünüzü aldatdınız, gözlədiniz, şübhələr bəslədiniz və Allahın qərarı gəlincəyə qədər yersiz və yanlış düşüncələrlə özünüzü məşğul edib zamanınızı xərclədiniz. Aldadıcı, sizi Allah haqqında yanıltdı.
Nas/114:4
"Şərrindən heç kəsin xəbəri olmadan (hiyləgərcəsinə) pıçıldayanların."
Nas/114:5
"Onlar insanların köksünə pıçıldayarlar."
Nas/114:6
"Onlar həm cinlərdən, həm də insanlardandır."