Ya sin - 36:33 Ölü torpaq onlar üçün bir ayədir: Onu dirildirik, oradan dənələr çıxardırıq sonra da ondan yeyirlər.
Ölü torpağı necə dirildir?
Əraf/7:57 O, rəhmətinin bir ön müjdəsi olaraq küləkləri göndərəndir. Toplanıb yükləndikdən sonra ağır buludları ölü bir torpağa tərəf sürərik. Onunla su endirər və onunla hər növ məhsulu çıxararıq. Ölüləri də bu cür çıxararıq. Bəlkə bundan bir öyüd alarsınız.

Hicr/15:22 Küləkləri dölləndirici (tozlandırıcı) olaraq göndərdik; göydən bir su endirib sizi onunla suladıq. Halbuki siz onu yığıb saxlaya bilməzdiniz.

Fatir/35:9 Allah, buludları qarışdıran küləkləri göndərəndir. Daha sonra onları ölü bir torpağa qovarıq ki, ölümündən sonra torpağı dirildərik. Dirilmə də belədir.