Ya sin - 36:5 Bu, Üstün və Rəhmli olanın nazil etdiyi bir vəhydir.
Kitabın nazil olması Allah tərəfindəndir: (əlaqəli)
Zumər/39:1 Bu Kitabın nazil edilməsi Allah qatındandır, Üstündür, Hikmət sahibidir.

Nəml/27:6 Şübəsiz, sən bu Quranı Hikmət sahibi və Bilən birindən almaqdasan.

Fussilət/41:42 Batil, onun nə önündən, nə də arxasından yaxınlaşa bilməz. Hikmət və Tərifəlayiq olanın nazil etdiyi bir vəhydir.

Şura/42:3 Üstün və Hikmət Sahibi olan Allah sənə və səndən öncəkilərə belə vəhy edər.

Casiyə/45:2 Bu kitabın nazil edilməsi Allah qatındandır. Üstündür, Hikmət sahibidir.

Əhqaf/46:2 Kitabın nazil edilməsi, Üstün və Hikmət Sahibi olan Allahdandır.



İsra/17:105 Gerçəkdən onu Biz nazil etdik və o gerçək ilə nazil oldu. Səni də ancaq bir müjdələyici və xəbərdarlıq edən olaraq göndərdik.

Yunus/10:37 Bu Quran, Allahdan başqası tərəfindən hazırlanan bir kitab deyildir. Ancaq özündən öncəkiləri təsdiqləyən və kitabın (qanunların) detallı bir açıqlamasıdır. Bunda şübhəniz olmasın; aləmlərin Rəbbindəndir.

Səcdə/32:2 Kitabın nazil edilməsi, bunda şübhəniz olmasın; aləmlərin Rəbbindəndir.




Haqqə/69:41 O, bir şair sözü deyildir; Necə də az iman edirsiniz?
Haqqə/69:41 O, bir şair sözü deyildir; Necə də az iman edirsiniz?
Haqqə/69:42 Kahin sözü də deyildir; Necə də az düşünürsünüz?