Ya sin - 36:51 Boruya üfürülən kimi, onlar məzarlarından qalxıb Rəblərinə qaçacaqlar.
Saat/Dünyanın sonu gəldiyində, Allahın istədiklərinin/iman edənlərin canları bayıldılaraq alınar və saatın dəhşətinə sadəcə kafirlər şahid olarlar:
Nəml/27:87 Boruya üfürüləcəyi gün, göylərdə və yerdə olan hər kəs, Allahın istədikləri xaric qorxuya düşəcəklər. Hamısı Ona boyun bükərək gələrlər.

Məryəm/19:37 Məzhəblər, (İsanın şəxsiyyəti barəsində) aralarında anlaşılmazlığa (ixtilafa) düşdülər. Böyük bir günə şahid olacaq kafirlərin vay halına!

Zumər/39:68 Boruya üfürülən kimi göylərdə və yerdə kim varsa, Allahın istədikləri xaric, özlərindən gedib bayılarlar. Sonra ona təkrar üflənər, onlar da ayağa qalxıb baxışarlar.

Nəml/27:89 Kim yaxşılıq gətirərsə, ona ondan daha yaxşısı verilər və onlar o günün qorxusundan güvənlikdə olarlar.

Ənbiya/21:97 Haqq sözün gerçəkləşməsi yaxınlaşmış və kafirlərin gözləri qorxudan donub qalmışdır: "Vay bizim halımıza, biz bundan qafil idik. Biz gerçəkdən zalımlar olduq."

Həcc/22:2 Ona şahid olduğunuz gün, hər əmzikli ana əmizdirdiyini atar, hər hamilə qadın yükünü buraxar. Sərxoş olmadıqları halda insanları sərxoş kimi görəcəksən. Halbuki Allahın cəzası şiddətlidir.