Ya sin - 36:60 Ey Adəmin övladları, şeytana qulluq/xidmət etməyəcəyinizə dair sizdən söz almamışdımmı? O sizin açıq-aydın düşməninizdir.
Şeytana qulluq/xidmət etməyəcəyimizə dair verdiyimiz söz:
Əraf/7:27 Adəm oğulları, şeytan, ana-atanızın vücudlarını özlərinə göstərmək üçün libaslarını soyunduraraq cənnətdən çıxartdığı kimi sizi də çaşdırmasın. O və qəbiləsi sizin onları görmədiyiniz yerdən sizi görürlər. Biz, şeytanları, iman etməyənlərin dostları etdik.
Əraf/7:172 Rəbbin, Adəm oğullarının bellərindən soylarını çıxarırkən onları öz-özlərinə şahid tutar: "Mən Rəbbiniz deyiləmmi?" "Bəli, şahidlik edirik," deyərlər. Beləcə dirilmə günü, "Biz bundan xəbərsiz idik," deyə bilməzsiniz.

Fatir/35:5 Ey insanlar! Allahın sözü gerçəkdir; Dünya həyatı sizi aldatmasın. Aldadıcı, sizi Allah haqqında aldatmasın.
Fatir/35:6 Şeytan sizin düşməninizdir, siz də onu düşmən sayın. O partiyasını (öz tərəfdarlarını) sadəcə cəhənnəm əhli olmağa çağırır.