Saffat - 37:102
Onunla birlikdə çalışma çağına yetişincə, "Oğlum, röyamda səni boğazlamalı olduğumu görürəm. Nə düşünürsən?" dedi. "Atacan, sənə əmr ediləni yerinə yetir. Allah istəyərsə, məni səbrli görəcəksən," dedi.
Xalqını və Allahdan başqa tapındıqlarını tərk edincə, İbrahim peyğəmbərə İshaq və Yəqub peyğəmbərlər ödül olaraq verilmişdir:
Məryəm/19:46
(Atası:) "İbrahim, sən mənim tanrılarımdan üzmü çevirirsən? Buna son qoymasan, səni daşqalaq edəcəyəm. Məndən uzaqlaş!" dedi.
Məryəm/19:47
(İbrahim) dedi: "Sənə salam (sülh) olsun! Sənin bağışlanmağın üçün Rəbbimə yalvaracağam; O, mənə qarşı çox mərhəmətlidir."
Məryəm/19:48
"Sizdən və Allahdan başqa yalvardıqlarınızdan ayrılıram. Mən Rəbbimə yalvarıram. Ümid edirəm ki, Rəbbimə yalvarmaqla bəxtsiz (bədbəxt) olmaram."
Məryəm/19:49
Onları və Allahdan başqa qulluq/xidmət etdiklərini tərk edincə ona (İbrahimə) İshaqı və Yəqubu verdik. Hamısını peyğəmbər etdik.
Ənbiya/21:69
"Ey atəş, İbrahimə qarşı sərin və güvənilir (təhlükəsiz) ol!" dedik.
Ənbiya/21:70
Beləcə onun üçün bir plan tətbiq etmək istədilər və Biz də onları müvəffəqiyyətsizliyə məhkum etdik.
Ənbiya/21:71
Onu və Lutu, bütün insanlar üçün mübarək etdiyimiz torpaqlara yetişdirib qurtardıq.
Ənbiya/21:72
Ona (İbrahimə) mükafat olaraq İshaqı və Yəqubu verdik. Hamısını müttəqi etdik.
Saffat/37:95
Dedi ki, "Yonub düzəltdiyiniz şeylərəmi qulluq/xidmət edirsiniz?"
Saffat/37:96
"Allah, sizi də və düzəltdiyiniz şeyləri də yaradandır."
Saffat/37:97
Dedilər ki, "Onun üçün bir yapı qurun və onu atəşə atın."
Saffat/37:98
Onun üçün bir plan düşündülər, fəqət Biz onları alçaltdıq (məğlub etdik).
Saffat/37:99
Dedi ki, "Mən Rəbbimə gedirəm; O mənə yol göstərər."
Saffat/37:100
"Rəbbim, mənə müttəqi birini bağışla."
Saffat/37:101
Biz də ona (İbrahimə) həlim xasiyyətli bir oğlan uşağı bağışladıq.