Saffat - 37:117 Və o ikisinə açıq-aşkar dərk edilən Kitabı verdik.
Musaya verilən kitabın məzmunu:
İsra/17:2 Eyni şəkildə, Musaya Kitabı vermişdik. İsrail oğullarını bu gerçəyə yönəltmək üçün: "Məndən başqa bir sahib qəbul etməyin."

Ənam/6:154 Həqiqətən, ən gözəl şəkildə tamamlanmış, hər şeyin detallı açıqlaması, hidayət və rəhmət olaraq Musaya kitabı verdik ki, Rəbləriylə qovuşmağa iman etsinlər.

Əraf/7:145 Hər şeyin detallı açıqlaması və öyüd olaraq hər nə varsa Musa üçün lövhələrə yazdıq: "Bu təlimlərə möhkəm sarıl, xalqına da söylə ona ən gözəl şəkildə sarılsınlar. Yoldan çıxmışların son dayanacağını sizə göstərəcəyəm."

Muminun/23:49 Doğrunu taparlar deyə, Musaya Kitabı vermişdik.

Əhqaf/46:12 Bundan öncə Musanın kitabı rəhbər və rəhmət idi. Bu, zalımları xəbərdar etmək və gözəl davrananlara bir müjdə olmaq üzrə Ərəbcə nazil edilmiş təsdiqləyici bir kitabdır.

Qasas/28:43 İlk nəsilləri (Nuh, Hud, Saleh, Lut və Şueybin xalqlarını) məhv etdikdən sonra Musaya, insanları aydınladan bir yol göstərən və rəhmət olaraq Kitabı verdik;  bəlkə öyüd alarlar deyə.