Saffat - 37:177 Yurdlarına enincə xəbərdarlıq edilənlərin səhəri necə də pis olur!
Yurdlarına endiyi zaman xəbərdar edilənlərin səhəri necə də pisdir:
Saffat/37:177 Yurdlarına enincə xəbərdarlıq edilənlərin səhəri necə də pis olur!

Hud/11:81 (Mələklər) dedilər, "Ey Lut, biz, Rəbbinin elçiləriyik. Onlar sənə toxuna bilməzlər. Ailəni gecənin bir vaxtında götürüb başqa yerə apar, sizdən heç kimsə geriyə baxmasın; fəqət sənin arvadın istisna. Digərlərinin başına gələnlər onun da başına gələcəkdir. Onların müəyyən edilmiş zamanı səhər vaxtıdır. Səhər yaxın deyilmi?"

Hicr/15:65 "Gecə vaxtı ailənlə birlikdə çıx. Arxalarından izlə və heç biriniz arxaya baxmasın. Sizə əmr edilən yerə gedin."
Hicr/15:66 'Bu xalq, səhər vaxtı məhv ediləcəkdir' şəklindəki əmri ona bildirdik.
Hicr/15:68 (Lut:) "Bunlar qonaqlarımdır, əsla məni utandırmayın."
Hicr/15:70 (Onlar:) "İnsanlarla dialoq qurmaqdan səni çəkindirməmişdikmi?" dedilər.
Hicr/15:71 (Lut) dedi: "Bunlar mənim qızlarımdır. Əgər istəyirsinizsə!"
Hicr/15:72 Çox heyif ki, onlar, sərxoşluqları içində sərgərdan gəzirdilər.
Hicr/15:73 Dan yeri ağararkən onları fəlakətli bir gurultu yaxaladı.
Hicr/15:74 Onun altını üstünə çevirdik. Üzərlərinə palçıqdan olan sərt daşlar yağdırdıq.
Hicr/15:80 Hicr əhli də elçiləri yalanladı.
Hicr/15:81 Onlara ayələrimizi verdik, fəqət ondan üz çevirdilər.
Hicr/15:82 Dağlardan güvənli evlər yonturdular.
Hicr/15:83 Səhər vaxtı onları da o qorxunc gurultu yaxaladı.
Hicr/15:84 Qazandıqlarının heç biri onları qurtara bilmədi.

Əhqaf/46:24 Nəhayət onun yayılaraq vadilərinə yönəlmiş olduğunu gördüklərində, "Bu, bizə yağmur yağdıracaq bir buluddur," dedilər. Xeyr, bu sizin gəlməsi üçün meydan oxuduğunuz ağrılı-acılı əzaba sahib bir fırtınadır.
Əhqaf/46:25 Rəbbinin əmri ilə hər şeyi yerlə bir edər. Səhər oyandıqlarında, evlərindən başqa hər şey görünməz hala düşmüşdü. Günahkar topluluğu bax belə cəzalandırırıq.

Qamər/54:37 Onun qonaqlarına göz dikdilər, Biz də onları kor etdik. Əzabımı və xəbərdarlıqlarımı dadın görək.
Qamər/54:38 Ertəsi gün, yaman bir əzab səhərlərini qutladı (qarşıladı).

Qaləm/68:17 Onları sınadıq; eyni bağça sahiblərini sınadığımız kimi. Səhər vaxtı dərib-toplayacaqlarına and içmişdilər.
Qaləm/68:19 Onlar yuxuda ikən Rəbbin tərəfindən göndərilən bir ziyarətçi (fırtına) bağçalarını ziyarət etdi.
Qaləm/68:22 "Dərib-toplayacaqsınızsa, haydı əkinlərinizə erkən gedin."
Qaləm/68:23 Elə bu vaxt yola çıxdılar, aralarında danışırdılar.
Qaləm/68:24 "Diqqətli olun, bu gün heç bir yoxsul oraya yanınıza girməsin."
Qaləm/68:26 Fəqət bağçanı görüncə, "Biz yolu çaşmışıq," dedilər.