Saffat - 37:180
Üstünlük və şərəfin sahibi olan Rəbbin, onların dəyərləndirmələrindən çox Ucadır.
Bütün şərəf Allaha aiddir:
Saffat/37:180
Üstünlük və şərəfin sahibi olan Rəbbin, onların dəyərləndirmələrindən çox Ucadır.
Rahmən/55:78
Böyüklük və Comərdlik sahibi Rəbbinin adı necə də Ucadır!
Rahmən/55:27
Ancaq Görkəmli və Şərəfli Rəbbinin varlığı qalıcıdır.
Nisa/4:139
Onlar ki, iman edənlərdən ayrı inkarçılarla işbirliyi edər. Onların yanında şərəfmi axtarırlar? Halbuki şərəf tamamilə Allaha aiddir.
İsra/17:79
Bir də əlavə olaraq gecə vaxtı meditasiyada ol ki, Rəbbin səni şərəfli bir məqama yüksəltsin.
Qamər/54:54
Müttəqilər, cənnətlər (bağçalar) və çaylar içindədir.
İnfitar/82:6
Ey insan, səni Şərəfli olan Rəbbinə qarşı aldadan nədir?
Fatir/35:10
Şərəf-şan arzulayanlar, bilsin ki, bütün şərəf-şan Allaha aiddir. Gözəl söz Ona çıxar, yaxşı iş də onu yüksəldir. Pislik planlayanlar üçün çətin (şiddətli) bir əzab vardır və onların planı müvəffəqiyyətsizliklə nəticələnəcəkdir.
Qamər/54:55
Güclü Kralın yanında şərəfli məqamlardadırlar.