Saffat - 37:51 Aralarından biri deyər ki, "Mənim bir yoldaşım var idi."
"Bir-birlərinə dönüb keçmişi xatırlayarlar." - Cənnətdəkilər dünyadakı həyatlarını xatırlayacaqlar:
Bəqərə/2:25 İman edib müttəqi davrananları, içlərində çaylar axan cənnətlərlə (bağçalarla) müjdələ. Onlara oradakı məhsullardan ruzilər verildiyində "Bu, daha öncə bizə verilən nemətlərdir," deyərlər. Beləcə, onlara məcazi oxşarlar (bənzətmələr) verilər. Onlar üçün orada tərtəmiz əşlər vardır və onlar orada əbədi qalıcıdırlar.

Tur/52:25 Bir-birlərinə dönüb keçmişi xatırlayarlar:
Tur/52:26 "Daha öncə xalqımızın arasında çəkinirdik," deyərlər,
Tur/52:27 "Allah bizə yaxşılıq etdi və bizi içə nüfuz edən əzabdan qorudu."
Tur/52:28 "Biz daha öncə Ona yalvarırdıq; O, Yaxşılıq edəndir, Rəhmlidir."

Saffat/37:45 Onlara bulaqlardan doldurulmuş qədəhlər verilər.
Saffat/37:47 Onda nə baş ağrısı, nə də sərxoşluq vardır.
Saffat/37:48 Yanlarında da, gözlərinin içinə baxan gözəl eşlər...
Saffat/37:50 Bir-birilərinə (tərəf) dönüb soruşarlar.
Saffat/37:51 Aralarından biri deyər ki, "Mənim bir yoldaşım var idi."
Saffat/37:53 "Biz torpaq və sümük olduqdan sonra diriləcəyik, eləmi?"
Saffat/37:55 Baxdığında, onu cəhənnəmin ortasında görər.
Saffat/37:56 "Allaha and olsun, az qalsın sən məni də məhv edəcəkdin," deyər.
Saffat/37:57 "Rəbbimin neməti olmasaydı, mən də indi səninlə birlikdə olardım."
Saffat/37:59 "İlk ölüm xaric, cəzalandırılmayacaqdıq hanı?"