Saffat - 37:54 (Yanındakılara,) "Görə bilirsinizmi?" deyər.
53, 54, ... 59 ayələri əsasında; Dirilməni yalanlayanlara qarşı Quranın hökmü nədir?
Əhqaf/46:17 Digər tərəfdən bir başqası var ki, ana-atasına, "Uf sizə, məndən öncə neçə-neçə nəsillər keçmiş olmasına rəğmən mənim dirildiləcəyimimi iddia edirsiniz?" O ikisi isə Allaha sığınaraq: "Təəssüflər olsun sənə; lütfən iman et. Allahın sözü gerçəkdir." Bunun üzərinə o, "Bu, keçmişdəkilərin nağıllarından başqa bir şey deyil," deyər.
Əhqaf/46:18 Bunun kimilər, gəlib keçmiş cin və insan cəmiyyətləri arasında əzab sözünə layiq olmuş kimsələrdir. Onlar ziyana uğrayanlardır.

İsra/17:97 Allah kimə yol göstərərsə o şəxs doğrunu tapmışdır. Kimi də azdırarsa, onlar üçün Ondan başqa bir qoruyucu da tapa bilməzsən. Dirilmə günü də onları kor, lal və kar olaraq, heç bir etiraz dinləmədən toplayarıq. Cəhənnəmdir yerləri. Soyuduqca alovlarını artırarıq.
İsra/17:98 Ayələrimizi yalanladıqları, "Sümük və xırdalanmış torpaq olduqdan sonra biz yeni bir yaradılışla dirildiləcəyik?" dedikləri üçün cəzaları budur.

Furqan/25:11 Doğrusu onlar Saatı (dünyanın sonunu) yalanladılar. Saatı yalanlayanlara alovlu cəhənnəmi hazırladıq.

Rum/30:16 İnkar edib, ayələrimizi və axirət görüşməsini yalanlayanlar da əzabın içinə daxil edilərlər.

Səba/34:7 İnkar edənlər dedilər: "Siz parça-parça dağıldıqdan sonra yeni bir yaradılışla dirildiləcəyinizi bildirən bir adamı sizə göstərəkmi?"
Səba/34:8 "Allaha yalanmı isnad edir, yoxsa onda dəlilikmi var?" Halbuki axirətə iman etməyənlər, uzaq bir azğınlıq və əzab içindədirlər.

Saffat/37:16 "Biz ölüb, torpaq və sümük olduqdan sonra dirildiləcəyik, eləmi?"

Ənam/6:31 Zərərə uğrayanlar, Allah ilə qarşılaşmağı yalanlayanlardır. O an (dünyanın sonu) onları qəflətən haqladıqda onlar öz günah yüklərini bellərində daşıyaraq, "Oradakı həyatımızı boşa sərf etdiyimizə görə vay halımıza," deyəcəklər. Yükləndikləri şey necə də pisdir!