Saffat - 37:89 "Bezdim, yoruldum artıq," dedi.
88, 89, 90 ilə əlaqəli:
Ənam/6:75 Qəti bir inanca sahib olması  üçün, İbrahimə göylərin və yerin səltənətini beləcə göstərdik:
Ənam/6:76 Gecənin qaranlığı onu bürüdükdə o, bir planet gördü, "Bu mənim Rəbbimdir!" dedi. Batınca, "Mən batanları sevmirəm," dedi.
Ənam/6:77 Ayı doğarkən görüncə, "Budur mənim Rəbbim!" dedi. Batınca da, "Rəbbim mənə doğru yolu göstərməzsə, azanlardan olaram," dedi.
Ənam/6:78 Günəşi doğarkən görüncə, "Budur mənim Rəbbim. Bu daha böyükdür!" dedi. O da batınca: "Ey xalqım, mən sizin ortaq qoşduğunuz şeylərdən uzağam," dedi.