Sad - 38:72
"Onu nizama saldığım və ona ruhumdan üfürdüyüm zaman ona səcdə edin."
İnsanın nizama salınması:
Əraf/7:172
Rəbbin, Adəm oğullarının bellərindən soylarını çıxarırkən onları öz-özlərinə şahid tutar: "Mən Rəbbiniz deyiləmmi?" "Bəli, şahidlik edirik," deyərlər. Beləcə dirilmə günü, "Biz bundan xəbərsiz idik," deyə bilməzsiniz.
Hicr/15:28
Rəbbin mələklərə, "Qurumuş, köhnə (illərlə qalmış) palçıqdan bir insan yaradacağam," demişdi.
Hicr/15:29
"Onu hazırlayıb ona ruhumdan üfürdüyüm zaman dərhal onun üçün səcdəyə varın," demişdi.
Rum/30:30
Təkallahlı biri olaraq özünü dinə həsr etməlisən. Həqiqətən, Allah insanları belə bir yaradılış ilə donataraq yaratmışdır. Allahın yaratmasında dəyişiklik olmaz. Bu, tam kamil bir dindir, fəqət insanların çoxu bilməz.
Rum/30:30
Təkallahlı biri olaraq özünü dinə həsr etməlisən. Həqiqətən, Allah insanları belə bir yaradılış ilə donataraq yaratmışdır. Allahın yaratmasında dəyişiklik olmaz. Bu, tam kamil bir dindir, fəqət insanların çoxu bilməz.
İnsan/76:2
Biz insanı qarışıq bir mayedən yaratdıq ki, onu sınayaq. Buna görə onu eşidən və görən etdik.
İnsan/76:3
Ona yolu göstərdik; ya şükür edəndir, ya da nankor.
İnfitar/82:7
O ki, səni yaratdı, nizama saldı, uyğunlaşdırdı.
Əla/87:2
O ki, yaratdı, nizama saldı.
Bələd/90:8
Ona vermədikmi: İki göz,
Bələd/90:9
Bir dil və iki dodaq?
Bələd/90:10
Ona iki yolu göstərmədikmi?
Bələd/90:11
Halbuki çətin yola tab gətirə bilmədi.
Bələd/90:12
Çətin yolun nə olduğunu bilirsənmi?
Bələd/90:13
Kölələri özgürlüklərinə qovuşdurmaqdır;
Bələd/90:14
Qıtlıq anında doyurmaqdır:
Bələd/90:15
Əqrəba bir yetimi,
Bələd/90:16
Yaxud gücünü itirmiş bir yoxsulu...
Bələd/90:17
Üstəlik, bir-birlərinə səbr və sevgini tövsiyə edən iman edənlərdən olmaqdır.
Bələd/90:18
Həqiqətən, onlar xoşbəxtdirlər.
Şəms/91:7
Nəfsə və onu qaydaya salana,
Şəms/91:8
Sonra da ona pisliyini və müttəqiliyini bildirənə and olsun ki;
Şəms/91:9
Onu təmizləyən qurtulmuşdur.
Şəms/91:10
Onu başıboş buraxan isə zərər etmişdir.