Sad - 38:82 Dedi ki, "Böyüklüyünə and olsun, hamısını azdıracağam."
Şeytan kimləri azdırır?
Hicr/15:39 (İblis) dedi ki: "Rəbbim, məni yoldan çıxartdığın üçün, onları yer üzündə başdan çıxarıb toplu halda azdıracağam."
Hicr/15:41 (Allah) dedi ki: "Bax Mənim dəyişməz qanunum budur."
Hicr/15:42 "Əlbəttə, sadəcə Mənə qulluq edənlərə qarşı bir gücün yoxdur. Ancaq sənə tabe olan azğınlara gücün yetər."

Nəhl/16:98 Quran oxuduğunda, qovulmuş şeytandan Allaha sığın!
Nəhl/16:99 İman edib Rəblərinə güvənənlərə onun bir gücü yoxdur.
Nəhl/16:100 Onun gücü, onu (özünə) dost seçənlərə və onu Rəblərinə ortaq qoşanlaradır.

Zuxruf/43:36 Kim Rəhmanın mesajına əhəmiyyət verməzsə, ona bir şeytanı istiqamətləndirərik, sonra da onun yoldaşı olar.
Zuxruf/43:37 Həqiqətən, onları yoldan çıxararlar. Buna rəğmən onlar doğru yolda olduqlarını sanarlar.