Sad - 38:9 Yoxsa Üstün olan və Bəxşedən Rəbbinin rəhmət xəzinələri onların yanındadırmı?
Göylərin və yerin xəzinələri Allahın yanındadır:
Hicr/15:21 Heç bir şey yoxdur ki, onun xəzinələri Bizim yanımızda olmasın, ancaq Biz onu müəyyən edilmiş bir ölçü ilə endiririk.

İsra/17:100 De ki: "Rəbbimin rəhmət xəzinələri sizin əlinizdə olsaydı, xərclənib tükənməsindən qorxaraq onları saxlayardınız. İnsan xəsisdir."

Tur/52:37 Yoxsa Rəbbinin xəzinələri onların yanındadır? Onlar kontrol etməkdədirlər?

Munafiqun/63:7 Onlar, "Allahın Elçisinin yanında olanlara yardım etməyin ki, dağılıb getsinlər," deyənlərdir. Halbuki göylərin və yerin xəzinələri Allaha aiddir; amma ikiüzlülər qavraya bilməzlər.