Sad - 38:9 Yoxsa Üstün olan və Bəxşedən Rəbbinin rəhmət xəzinələri onların yanındadırmı?
Rəhmət xəzinələri onların yanında olsaydı:
Nisa/4:53 Yoxsa onların hökmranlıqda bir payımı var? Elə olsaydı, insanlara bir çəyirdək belə verməzdilər.

İsra/17:100 De ki: "Rəbbimin rəhmət xəzinələri sizin əlinizdə olsaydı, xərclənib tükənməsindən qorxaraq onları saxlayardınız. İnsan xəsisdir."