Zumər - 39:21 Görmürsənmi ki, Allah göydən bir su endirər və onu yer üzündəki qaynaqlara keçirər və sonra onunla müxtəlif rənglərdə bitkilər çıxarar. Sonra o quruyar və onu saralmış görərsən. Sonra da onu çör-çöpə çevirər. Bunda ağıl sahibləri üçün öyüd vardır.
Bir su ilə müxtəlif məhsullar çıxartdı:
Rad/13:4 Yer üzündə, bir-birinə qonşu torpaq hissələri, üzüm bağları, əkinlər, şaxəli-şaxəsiz xurmalıqlar vardır. Bunların hamısı eyni su ilə sulanmalarına rəğmən ləzzət baxımından bir-birindən fərqli etmişik. Ağlını istifadə edən bir camaat üçün əlbəttə bunda işarətlər və dərslər vardır.