Zumər - 39:23 Allah sözün ən gözəlini endirdi, tutarlı və ikişərli bir kitab halında. Rəblərinə sayğı göstərənlərin dəriləri ondan dolayı ürpərər. Sonra dəriləri və qəlbləri Allahın mesajına qarşı yumşalar. Bu, Allahın yol göstərməsidir; istədiyini və/və ya istəyəni ona yetişdirər. Allahın azdırdığı bir kimsəyə rəhbər tapılmaz.
Allah, kitabını, tutarlılığını sınamağa imkan verən ikili bir quruluşda hazırlamışdır
Nəhl/16:4 İnsanı kiçik bir damcıdan yaratdı, fəqət buna rəğmən o, açıq-aşkar bir düşmən kəsildi.

Ya sin/36:77 İnsan, onu bir damcıdan (nütfədən) yaratdığımızı görmürmü ki, Bizə qarşı açıq-aşkar bir düşmən kəsilir?

Ənbiya/21:16 Göylər, yer və aralarındakıları oyun-əyləncə üçün yaratmadıq.

Duxan/44:38 Göylər, yer və aralarındakıları oyun-əyləncə üçün, yaratmadıq Biz.

Nəhl/16:61 Allah zülmlərinə görə insanları cəzalandırsaydı, orada bir məxluq buraxmazdı; lakin onları bəlli bir vaxta qədər təxirə salar. Vaxtlarının sonu gəldiyi zaman da nə bir saat önə alınarlar, nə də təxirə salınarlar.

Fatir/35:45 Allah insanları etdiklərinə görə cəzalandırsaydı, yer üzündə heç bir məxluq buraxmazdı. Fəqət, onları bəlli bir müddətə qədər təxirə salmaqdadır. Nə zaman ki, müddətləri bitər, bax o zaman Allah qullarının (hesabını) görər.

Əraf/7:45 Onlar ki, Allahın yolundan uzaqlaşdırarlar və onu əyri göstərmək istəyərlər. Və onlar axirəti də inkar edərlər.

Hud/11:19 Onlar ki, Allahın yolundan uzaqlaşdırarlar və onu əyri göstərmək istəyərlər. Onlar axirəti də inkar edərlər.

Nəhl/16:29 İçində daimi qalacağınız Cəhənnəmin qapısından girin! Təkəbbürlənənlərin yeri necə də pisdir.

Ğafir/40:76 Daimi qalmaq üzrə Cəhənnəmin qapılarından girin! Təkəbbürlənənlərin yeri necə də pisdir.

Yunus/10:38 "Onu uydurdumu" deyirlər? De ki: "Doğru sözlülərsinizsə, buna bənzər bir surə gətirin və Allahdan başqa çağıra bildiklərinizi çağırın!"

Hud/11:13 "Onu (Quranı) o uydurdumu"- deyirlər? De ki: "Haydı ona bənzər, uydurulmuş on surə gətirin. Allahdan başqa bütün dostlarınızı da çağırın, doğru sözlülərsinizsə!"

İsra/17:49 Dedilər ki: "Sümük və xırda parçalanmış hala düşdükdən sonramı yeni bir yaradılışla dirildiləcəyik?!"

Vaqiə/56:47 Deyirdilər ki, "Biz öldükdən, toz və sümüyə çevrildikdən sonramı dirildiləcəyik?"

Nəhl/16:15 Və silkələnməməyiniz üçün yer üzünə tarazlıq təminedicilər atıb yerləşdirdi, yolu tapa bilməniz üçün də çaylar və yollar,

Ənbiya/21:31 Onları yırğalamasın deyə yer üzündə dağları yerləşdirdik. Yolu tapa bilmələri üçün onda geniş keçidlər açdıq.

Əraf/7:5 Onlara əzabımız gəldiyi vaxt, "Gerçəkdən biz zalım olmuşuq," deməkdən başqa sözləri olmadı.

Ənbiya/21:46 Onlara, Rəbbinin əzabından xəfif bir yel toxunsa, "Vay bizim halımıza, biz gerçəkdən zalımlarmışıq," deyərlər.

Nəhl/16:19 Allah gizlədiklərinizi də, açıqladıqlarınızı da bilir.

Ənbiya/21:110 O, açıqlanan sözü də bilir, gizlədiklərinizi də bilir.

Nəml/27:80 Sən nə ölülərə eşitdirə bilərsən, nə də arxa çevirib gedən karlara çağırışı eşitdirə bilərsən.
Nəml/27:81 Koru da azğınlığından çıxarıb (doğru) yola yönəldə bilməzsən. Sən ancaq, ayələrimizə iman edənlərə eşitdirə bilərsən; onlar (anlatdığın çağırışı) qəbul edərlər.

Rum/30:52 Sən nə ölülərə eşitdirə bilərsən, nə də arxa çevirib gedən karlara çağırışı eşitdirə bilərsən.
Rum/30:53 Koru da azğınlığından qurtarıb yola gətirə bilməzsən. Sən ancaq ayələrimizə iman edənlərə eşitdirə bilərsən ki, onlar dərhal təslim olarlar.

Ənkəbut/29:68 Yalan uydurub Allaha isnad edəndən və özünə gələn gerçəyi yalanlayandan daha zalım kim ola bilər? Kafirlər üçün cəhənnəmdə bir yermi yoxdur?

Zumər/39:32 Allaha qarşı yalan uydurandan və özünə gerçək gəldiyində onu yalanlayandan daha zalım kim ola bilər? Kafirlər üçün cəhənnəmdə bir yermi yoxdur?

Nəml/27:69 De ki, "Yer üzündə gəzib dolaşın, sonra da baxın, günahkarların sonuna!"

Rum/30:42 De ki, "Yer üzündə gəzib dolaşın, sonra da baxın, öncəkilərin sonunun necə olduğuna." Çoxları ortaq qoşanlar idi.

Ali İmran/3:51 "Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir; Ona qulluq edin. Budur doğru yol."

Məryəm/19:36 "Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir; Ona qulluq edin. Doğru yol budur."

Bəqərə/2:193 Zülm və işgəncə ortadan qalxıncaya və din Allah üçün oluncaya qədər onlarla savaşın. Son qoyarlarsa, artıq zalımlardan başqasına düşmənçilik yoxdur.

Ənfal/8:39 Təzyiq və zülmü ortadan qaldırıncaya və dini sadəcə Allaha aid edincəyədək onlarla savaşın! Düşmənçiliyə son qoyarlarsa, əlbəttə Allah etdiklərinizi Görür.

Ali İmran/3:89 Ancaq, bundan sonra yönəlib vəziyyətlərini düzəldənlər başqa. Allah Bağışlayandır, Rəhmlidir.

Nur/24:5 Ancaq, bundan sonra yönəlib vəziyyətlərini düzəldənlər başqa. Allah Bağışlayandır, Rəhmlidir.

İbrahim/14:29 Cəhənnəmdə yanarlar. Necə də pis bir aqibət!

Sad/38:56 Cəhənnəmdə yanarlar; nə pis bir məskəndir!

Nəhl/16:14 O ki, dənizi əmrinizə sunmuşdur; ondan təzə ət yeyirsiniz, ondan geyim və zinət üçün süslər çıxarırsınız. Gəmilərin dənizi yara-yara axıb getdiyini görürsünüz. Beləcə Onun lütfünü axtararsınız və bəlkə Ona şükür edərsiniz.

Fatir/35:12 İki dəniz bir-birinə eyni deyildir. Bu təzə və dadlı içilməsi rahatdır, bu isə duzlu və acıdır. Hamısından təzə ət yeyirsiniz və taxacağınız zinət əşyaları çıxarırsınız. Onun lütfünü axtaran gəmilərin onu yararaq axdığını görürsən. Bəlkə artıq şükür edərsiniz.

Ənkəbut/29:66 Burax, onlara verdiklərimizə nankorluq etsinlər, zövq alsınlar. İrəlidə biləcəklər.

Rum/30:34 Beləcə onlara verdiklərimizə qarşı nankorluq edərlər. Əylənin görək; irəlidə biləcəksiniz.

Həcc/22:62 Bu gerçəkləşəcəkdir. Çünki Allah Gerçəkdir, Ondan başqa yalvardıqları isə gerçək olmayandır və Allah Ucadır, Böyükdür.

Loğman/31:30 Çünki Allah gerçəkdir. Ondan başqa çağırdıqları batildir və Allah Ən Uca və Ən Böyükdür.



Bəqərə/2:39 "İnkar edənlər, ayələrimizi və möcüzələrimizi yalanlayanlar atəşin əhlidir və onlar orada əbədi qalıcıdırlar."

Əraf/7:36 Təkəbbür göstərərək, ayələrimizi yalanlayanlara gəlincə, atəş əhlidir; Orada əbədi qalacaqlar.

Bəqərə/2:62 İman edənlər, Yəhudilər, digər dinlərdən olanlar və Xristianlardan kim Allaha və Axirət gününə iman edər və muttəqi bir həyat sürərsə, mükafatı Rəblərinin yanındadır. Onlara qorxu yoxdur və onlar üzülməzlər.

Maidə/5:69 İman edənlər, Yəhudilər, digər dinlərdən olanlar və Xristianlardan kim Allaha və Axirət gününə iman edər və muttəqi bir həyat sürərsə, nə bir qorxu vardır, nə də onlar üzülərlər.

Zəriyət/51:19 Paralarında (pullarında), istəyənlər və yoxsullar üçün bir pay vardı.

Məaric/70:24 Paralarında (pullarında) bilinən bir pay (zəkat) ayrılmışdır,

Əraf/7:200 Şeytandan nə zaman pis bir düşüncə zehnini narahat edərsə, Allaha sığın; O, Eşidəndir, Biləndir!

Fussilət/41:36 Şeytandan nə zaman pis bir düşüncə zehnini narahat edərsə, Allaha sığın; O, Eşidəndir, Biləndir!

Ali İmran/3:164 Allah iman edənlərin içərisindən, onlara ayələrini oxuyan, onları təmizləyən, onlara Kitabı və Hikməti öyrədən bir Elçi göndərməklə lütufta bulundu. Halbuki onlar daha öncə açıq-aşkar bir azğınlıq içində idilər.

Cumuə/62:2 O ki, ümmilərin arasından, özlərindən olan bir elçi göndərmişdir ki, onlara Onun ayələrini oxuyur, onları təmizləyir və onlara kitabı və hikməti öyrədir. Bundan öncə onlar açıq aşkar bir azğınlıq içində idilər.

Həcc/22:69 Mübahisə etdiyiniz mövzular barəsində, Dirilmə günü, Allah aranızda hökm verəcəkdir.

Səcdə/32:25 Rəbbin, ayrılığa (ixtilafa) düşdükləri mövzularda onların arasında dirilmə günü qərar verəcəkdir.

Şuəra/26:24 (Musa) dedi ki, "Qəti bir inanca sahibsinizsə, O, göylərin, yerin və aralarındakıların Rəbbidir!"

Duxan/44:7 Göylərin, yerin və aralarındakıların Rəbbidir. Qəti bir inanca sahibsinizsə ...

Bəqərə/2:48 Elə bir gündən çəkinin ki, heç kəs heç kəsin yerinə bir şey ödəyə bilməz, vasitəçilik (şəfaət) qəbul edilməz, heç kəsdən bir fidyə alınmaz və yardım da edilməz.
Bəqərə/2:123 Kimsənin kimsə üçün bir şey ödəyə bilmədiyi, heç kimsədən fidyə alınmadığı və heç kimsəyə şəfaətin (vasitəçiliyin) fayda vermədiyi və yardımın kəsildiyi bir gündən çəkinin.
Bəqərə/2:94 De ki: “İddia etdiyiniz kimi, Axirət yurdu Allah tərəfindən heç kimsəyə deyil, sadəcə sizin üçün ayrılmışsa və bunu (iddia etdiyinizi) müdafiə etməkdə səmimisinizsə onda ölümü istəyin!”
Bəqərə/2:95 Əllərinin etdiklərinə (əməllərinə) görə bunu əsla istəməyəcəklər. Allah zalımları bilir.

Cumuə/62:6 De ki, "Ey Yəhudilər, insanların arasından yalnız özünüzün Allahın dostları olduğunuzu iddia edirsinizsə, ölümü diləyin; doğrusunuzsa."
Cumuə/62:7 Onlar, etdiklərindən ötrü heç bir vaxt onu diləyə bilməyəcəklər. Allah zalımları yaxşı bilir.

Bəqərə/2:136 “Allaha, bizə nazil edilənə, İbrahim, İsmail, İshaq, Yəqub və nəvələrinə nazil edilənlərə, Musaya, İsaya verilənə, və bütün peyğəmbərlərə Rəbbi tərəfindən verilənlərə iman etdik. Onların heç biri arasında fərq qoymarıq. Biz sadəcə Ona təslim olanlarıq,” - deyin.

Ali İmran/3:84 De ki: “Allaha, bizə nazil edilənə, İbrahimə, İsmailə, İshaqa, Yəquba və nəvələrinə nazil edilənə; Musaya, İsaya və peyğəmbərlərə Rəbləri tərəfindən verilənə iman etdik. Onların heç birinin arasında fərq qoymarıq və biz Ona təslim olanlarıq!”

Bəqərə/2:154 Allah yolunda öldürülənlərə: “Onlar ölülərdir!” deməyin. Əksinə, onlar diridir, fəqət siz fərqində deyilsiniz.

Ali İmran/3:169 Allah yolunda vurulanları ölü sanmayın; əksinə, onlar Rəbləri qatında nemətlər içində diridirlər.

Bəqərə/2:172 Ey iman edənlər! Sizə verdiyimiz ruzilərin yaxşılarından yeyin. Allaha şükür edin, sadəcə Ona qulluq/xidmət edirsinizsə.
Bəqərə/2:173 O, sizə sadəcə leşi, qanı, donuz ətini və Allahdan başqası adına kəsiləni haram etmişdir. Hər kim (bunları yeməyə) məcbur qalarsa, (sui-istifadə yolunu) axtarmamaq və həddi aşmamaq şərti ilə günah işləmiş olmaz. Allah Bağışlayandır, Rəhmlidir.

Nəhl/16:114 Allahın sizə ruzi olaraq verdiklərini, halal və təmiz olaraq yeyin və Allahın nemətlərinə şükür edin; sadəcə Ona qulluq edirsinizsə.
Nəhl/16:115 Sizə yalnızca leş, qan, donuz əti və Allahdan başqası üçün nəzr edilənləri haram etmişdir. Kim (bunları yemək) məcburiyyətində qalarsa, istəkli olmamaq və həddi aşmamaq şərtiylə Allah Bağışlayandır, Rəhmlidir!
Nəhl/16:43 Səndən öncə, adamlardan/iki ayaq üzərində yeriyənlərdən başqasını elçi olaraq göndərmədik; onlara vəhy etdik. Bilmirsinizsə mütəxəssislərdən soruşun.

Ənbiya/21:7 Səndən öncə, insanlardan başqa elçi göndərmədik; onlara vəhy edirdik. Bilmirsinizsə mütəxəssislərdən soruşun.

Ali İmran/3:10 İnkar edənlərin nə paraları (pulları), nə də övladları Allaha qarşı onlara heç bir fayda verməyəcəkdir. Onlar atəşin yanacağıdır.

Mucadilə/58:17 Nə paraları (pulları), nə də övladları, onları Allahdan qurtara bilməyəcəkdir. Onlar cəhənnəm əhlidirlər və orada əbədi qalıcıdırlar.

Ənbiya/21:38 "Doğru sözlüsünüzsə, O verilən söz nə zaman gerçəkləşəcək?" deyə meydan oxuyurlar.

Səba/34:29 "Doğru söyləyirsinizsə, o söz nə zaman gerçəkləşəcəkdir?" deyərək meydan oxuyurlar.




Tariq/86:4 Hər kəsin üzərində mütləq bir qoruyucu vardır.

Vaqiə/56:25 Orada nə bir yersiz-tutarsız söz, nə də günaha salan bir söz eşitməzlər.

Nəbə/78:35 Orada nə boş bir söz, nə də bir yalan eşidməzlər.

Yunus/10:67 O ki, gecəni sizin dincəlməniz üçün əlverişli, gündüzü də aydınlıq etdi. Dinləyən bir topluluq üçün bunda dəlillər vardır.

Nəml/27:86 Gecəni dincəlmələrinə əlverişli, gündüzü də aydınlıq etdiyimizi görmədilərmi? İman edən bir camaat üçün əlbəttə bunda işarətlər vardır.

Həşr/59:1 Göylərdə və yerdə nə varsa, Allahı ucaldır. O, Üstündür, Hikmət Sahibidir.

Saff/61:1 Göylərdə və yerdə olanlar Allahı ucaldır. O, Üstündür, Hikmət Sahibidir.

Ta ha/20:130 Sözlərinə qarşı dözümlü ol, günəşin doğmasından və batmasından öncə Rəbbini ucaldaraq xatırla. Gecə vaxtı və günün hər iki ucunda da xatırla ki, xoşbəxt ola biləsən.

Qaf/50:39 Onların söylədiklərinə səbr et və Günəşin doğmasından və batmasından öncə Rəbbini tərifləyərək ucalt.

Nəml/27:50 Beləcə bir plan qurdular, ancaq onlar fərqinə varmadan Biz də bir plan qurduq.

Zuxruf/43:79 Yoxsa onlar bir planmı qurdular? Biz də plan qurarıq.

Furqan/25:56 Biz səni bir müjdələyici və xəbərdarlıq etməkdən başqa bir görəvlə göndərmədik.

Fəth/48:8 Biz səni bir şahid, bir müjdəçi və bir xəbərdar edici olaraq göndərdik.