Zumər - 39:46
De ki, "Göyləri və yeri yoxdan Yaradan, gizlini və aşkarı Bilən Tanrım, ayrılığa (ixtilafa) düşdükləri mövzular haqqında qulların arasında hökmü yalnız Sən verirsən."
Dirilmə günü bütün qərarlar yalnız Allaha aiddir:
İnfitar/82:18
Bəli, Din Gününün nə olduğunu bilirsənmi?
İnfitar/82:19
O gün kimsənin kimsəyə yardımı toxunmaz. O gün bütün qərarlar yalnız Allaha aiddir.
Duxan/44:40
Hamısı Qərar Günü toplu şəkildə cəmlənəcəklər.
Duxan/44:41
O gün dost, dostunu heç bir şeydən qoruya bilməz və yardım da görməzlər.
Duxan/44:42
Yalnız Allahın mərhəmət etdikləri xaric. O, Üstündür, Rəhmlidir.
Ənam/6:94
"Sizi ilk dəfə yaratdığımız kimi Bizə tək olaraq gəldiniz. Sizə xəyal kimi göstərdiyimiz şeyləri ardınızda buraxdınız. Haqqınızda (veriləcək qərarda Tanrı ilə) ortaq davranacaqlarını iddia etdiyiniz şəfaətçilərinizi yanınızda görmürük. Aranızdakı bağlar kəsilmişdir. İddia etdikləriniz sizi tərk etmişdir."
Loğman/31:33
Ey insanlar! Rəbbinizi dinləyin, atanın övladına yardım edə bilməyəcəyi və övladın da ataya yardım edə bilməyəcəyi gündən qorxun. Allahın sözü gerçəkdir. Dünya həyatı sizi aldatmasın. Aldadıcılar, sizi Allah ilə aldatmasınlar.
Saffat/37:16
"Biz ölüb, torpaq və sümük olduqdan sonra dirildiləcəyik, eləmi?"
Saffat/37:17
"Hətta bizdən öncəki atalarımız da eləmi?"
Saffat/37:18
De ki, "Bəli, həm də alçaldılaraq."
Saffat/37:19
O, bir tək toxunmadır. O zaman (qalxıb) sağa-sola baxarlar.
Saffat/37:20
"Vay halımıza! Bu Haqq-hesab günüdür," deyərlər.
Saffat/37:21
Bu, sizin yalanlamış olduğunuz qərar günüdür.
Mursəlat/77:11
Və elçilərə randevu verildiyi zaman,
Mursəlat/77:12
Müəyyən edilən gün üçün...
Mursəlat/77:13
Yəni Qərar Günü üçün!
Mursəlat/77:37
Yalanlayanların vay halına o gün!
Mursəlat/77:38
Bu, Qərar Günüdür. Sizi və öncəkiləri toplamışıq.
Mursəlat/77:39
Bir planınız varsa, mənə qarşı onu tətbiq edin!
Mursəlat/77:40
Yalanlayanların vay halına o gün!
Kəhf/18:26
"Onların orada nə qədər qaldıqlarını Allah daha yaxşı bilir," de. Göylərin və yerin bütün gizli şeyləri Onundur. O, nə gözəl görəndir! O, nə gözəl eşidəndir! Onların Ondan başqa bir yardımçısı yoxdur. O, hökmünə kimsəni ortaq etməz.