Zumər - 39:5 Göyləri və yeri gerçək ilə yaratdı. Gecəni gündüzün üzərinə yuvarlayar və gündüzü də gecənin üzərinə yuvarlayar. Günəşi və ayı da əmri altına salmış və onların hər biri bəlli bir vaxta qədər axıb getməkdədir. Həqiqətən, O Üstündür, Bağışlayandır.
Gecəni və gündüzü xidmətimizə qoydu?
Ənam/6:96 Səhəri ortaya çıxarandır. Gecəni dincəlmə vaxtı, günəşi və ayı da bir hesablama vasitəsi etmişdir. Bu, hər şeydən Üstün və hər şeyi Bilənin planıdır.

İsra/17:12 Gecəni və gündüzü iki ayə (dəlil) etdik. Rəbbinizin nemətlərini axtarasınız və illərin hesabını biləsiniz deyə gecənin ayəsini sildik, gündüzün ayəsini aydınlıq etdik. Biz hər şeyi təfsilatı ilə açıqlayırıq.

Nəml/27:86 Gecəni dincəlmələrinə əlverişli, gündüzü də aydınlıq etdiyimizi görmədilərmi? İman edən bir camaat üçün əlbəttə bunda işarətlər vardır.

Qasas/28:71 De ki, "Allah gecəni dirilmə gününə qədər üzərinizdə daimi etsəydi, nə deyə bilərsiniz? Allahdan başqa hansı tanrı sizə bir işıq gətirə bilər? Eşitmirsiniz?
Qasas/28:72 De ki, "Allah gündüzü dirilmə gününə qədər üzərinizdə daimi etsəydi, nə deyə bilərsiniz? Allahdan başqa hansı tanrı dincələcəyiniz gecəni sizə gətirə bilər? Görmürsünüz?"
Qasas/28:73 Gecəni və gündüzü, birində dincəlməyiniz və digərində Onun nemətlərini axtarmağınız üçün nizama salması Onun rəhmətindəndir. Bəlkə şükür edərsiniz.

Rum/30:23 Gecə və gündüz vaxtı yatmağınız və Onun lütfündən axtarmağınız da Onun ayələrindəndir. Dinləyən bir camaat üçün bunda işarələr vardır.

Nəbə/78:11 Gündüzü də dolanışığı təmin etmə vaxtı olaraq təyin etdik.

Furqan/25:47 Və O, gecəni sizə bir örtük, yuxunu bir dincəlmə və gündüzü də bir dirilmə zamanı edəndir.

Ğafir/40:61 Allah, gecəni dincəlməyiniz üçün yaradan və gündüzü də aydınlıq edəndir. Allah insanlara qarşı böyük lütf sahibidir, fəqət insanların çoxu şükür etməz.