Zumər - 39:5 Göyləri və yeri gerçək ilə yaratdı. Gecəni gündüzün üzərinə yuvarlayar və gündüzü də gecənin üzərinə yuvarlayar. Günəşi və ayı da əmri altına salmış və onların hər biri bəlli bir vaxta qədər axıb getməkdədir. Həqiqətən, O Üstündür, Bağışlayandır.
Günəşi və ayı xidmətimizə qoydu?
Ənam/6:96 Səhəri ortaya çıxarandır. Gecəni dincəlmə vaxtı, günəşi və ayı da bir hesablama vasitəsi etmişdir. Bu, hər şeydən Üstün və hər şeyi Bilənin planıdır.

Yunus/10:5 O, Günəşi bir işıq qaynağı, ayı da bir işıq etdi. İllərin sayını və hesabı bilməniz üçün ona mərhələlər (mənzillər) müəyyən etdi. Allah bunları ancaq bir gerçək üçün yaratmışdır. Bilən bir camaata ayələri bu cür açıqlayır.

Nuh/71:16 Ayı bunların içində bir nur, günəşi də bir lampa etdi.

Bəqərə/2:189 Səndən ayın mərhələlərini (hilalı) soruşurlar. De ki o, insanlar və həcc ibadəti üçün bir vaxt ölçüsüdür. Yaxşılıq, sözü gəzdirmək deyildir, yaxşılıq ehtiyat etməkdir. Dürüst olun. Qurtuluşunuz üçün Allahı dinləyin.

Ya sin/36:39 Aya da, quru bir xurma budağına dönüşüncəyə qədər müxtəlif mərhələlər müəyyən etdik.

Furqan/25:45 Rəbbinin kölgəni necə uzatdığına diqqət etdinmi? Həqiqətən, istəsəydi onu hərəkətsiz də edərdi. Necə ki, Günəşi ona dəlil etdik (kölgənin varlığını işığa bağlı etdik).