Zumər - 39:7 İnkar edərsinizsə, Allahın sizə ehtiyacı yoxdur. Fəqət O, qullarının inkarçı olmasından xoşlanmaz. Şükür edərsinizsə sizdən razı olar. Heç kimsə başqa kimsənin günah yükünü daşımaz. Sonra dönüşünüz Rəbbinizədir və etmiş olduqlarınızı sizə xəbər verəcəkdir. O, kökslərin özünü bilir.
İnkar edənlər azdırdıqları şəxslərin günahlarının bir qismini yüklənirlər:
Nəhl/16:24 Onlara deyilmişdi: "Rəbbiniz nə nazil etmişdi?" Dedilər: "Əvvəlkilərin nağıllarımı."
Nəhl/16:25 Dirilmə günündə öz günahlarının hamısını, ayrıca azdırdıqları kimsələrin günah yüklərindən də bir payı yüklənərlər. Yükləri necə də pisdir.

Ənkəbut/29:11 Allah əlbəttə iman edənlərlə ikiüzlüləri aşkar edəcəkdir.
Ənkəbut/29:12 İnkar edənlər iman edənlərə: "Bizim yolumuza tabe olun; günahlarınızı biz yüklənərik," dedilər. Halbuki onların günahlarından heç bir şeyi yüklənəcək deyillər; yalançıdırlar.
Ənkəbut/29:13 Gerçəkdə, öz yüklərinə əlavə olaraq (məsuliyyətini daşıdıqları) başqa yükləri də yüklənəcəklər və uydurduqları şeylərdən dirilmə günü sorğu-sual olunacaqlar.