Zumər - 39:7
İnkar edərsinizsə, Allahın sizə ehtiyacı yoxdur. Fəqət O, qullarının inkarçı olmasından xoşlanmaz. Şükür edərsinizsə sizdən razı olar. Heç kimsə başqa kimsənin günah yükünü daşımaz. Sonra dönüşünüz Rəbbinizədir və etmiş olduqlarınızı sizə xəbər verəcəkdir. O, kökslərin özünü bilir.
Allah, kimsənin günahını başqasına yükləməz:
Ənam/6:164
De ki: "Hər şeyin Rəbbi ikən, Allahdan başqa Rəbb axtarım?" Hər kəs öz etdiyindən fayda görər və kimsə kimsənin yükünü çəkməz. Axırda dönüşünüz Rəbbinizədir. Ayrılığa (ixtilafa) düşdüyünüz mövzuda sizə xəbər verəcəkdir.
Muddəssir/74:38
Hər kəs öz günahı ilə məhkum olar.
Ənam/6:69
Müttəqilər belələrinin hesabından məsuliyyət daşımırlar. Fəqət dinləyə bilərlər deyə xatırlatmaq yaxşı olar.