Zumər - 39:71 İnkar edənlər dəstə-dəstə cəhənnəmə götürülərlər. Oraya yetişdiklərində onun qapıları açılar və gözətçiləri onlara, "Sizə, Rəbbinizin ayələrini oxuyan və bu gününüzlə qarşılaşacağınız mövzusunda sizi xəbərdar edən öz içinizdən elçilər gəlməmişdimi?" deyərlər. "Bəli. Ancaq 'cəza' sözü inkar edənlər haqqında gerçəkləşmişdir," deyə qarşılıq verərlər.
Rəbbimizin inkar edənlər haqqındakı "cəza" sözü:
Hud/11:118 Rəbbin istəsəydi, insanları vahid bir camaat edərdi. Fəqət onlar sürəkli olaraq (gerçəyi) mübahisə edəcəklər.
Hud/11:119 Rəbbinin acıdıqları xaric. Bunun üçündür ki, onları yaratdı. Rəbbinin sözü yerinə yetmişdir: "Cəhənnəmi cinlər və insanlarla, toplu halda dolduracağam."

Əraf/7:11 Sizi yaratdıq, sonra sizə surət verdik, sonra mələklərə, "Adəmə səcdə edin!" – dedik. İblisdən başqa hamısı səcdə etdi; o, səcdə edənlərdən olmadı.
Əraf/7:12 (Allah) dedi: "Sənə əmr etdiyim zaman sənə səcdə etməyə nə mane oldu?" (İblis:) "Mən ondan daha yaxşıyam; Sən məni atəşdən yaratdın, onu isə palçıqdan yaratdın," dedi.
Əraf/7:13 (Allah:) "Oradan aşağı en," dedi. Orada təkəbbür göstərə bilməzsən. Rədd ol. Dəyərini itirdin!"
Əraf/7:14 (İblis:) "Diriləcəkləri günə qədər mənə möhlət ver," dedi.
Əraf/7:16 (İblis:) "Məni azdırmana qarşılıq olaraq, onlara görə Sənin ən doğru yolunun üzərində gizlicə oturacağam."
Əraf/7:17 "Sonra önlərindən, arxalarından, sağlarından və sollarından onlara (onların yanına) soxulacağam. Beləcə əksəriyyətini şükür edən görməyəcəksən."
Əraf/7:18 (Allah) dedi ki: "Mənfur və qovulmuş olaraq oradan çıx. Onlardan sənə tabe olanlara gəlincə, hamınızla cəhənnəmi dolduracağam."

Sad/38:75 "Ey İblis, əllərimlə yaratdığıma səcdə etməkdən səni çəkindirən nədir? Təkəbbürmü göstərdin? Yoxsa üsyanmı etdin?" dedi.
Sad/38:76 "Mən ondan daha üstünəm. Məni atəşdən yaratdın, onu isə palçıqdan yaratdın," dedi.
Sad/38:78 "Haqq-hesab Gününə qədər lənətimə layiqsən."
Sad/38:79 Dedi ki, "Rəbbim, diriləcəkləri günədək məni ertələ (təxirə sal)."
Sad/38:82 Dedi ki, "Böyüklüyünə and olsun, hamısını azdıracağam."
Sad/38:83 "Ancaq onlardan özlərini sadəcə sənə həsr edən qulların xaric."
Sad/38:84 Dedi ki, "Bu gerçəkdir və Mən sadəcə gerçəyi söyləyirəm."
Sad/38:85 "Cəhənnəmi səninlə və onlardan sənin ardınca gedənlərlə kütləvi şəkildə dolduracağam."

Səcdə/32:13 İstəsəydik, hər kəsə hidayətini verərdik. Ancaq, cinlərin və insanların bir qismi ilə cəhənnəmi toplu şəkildə dolduracağıma dair sözüm gerçəkləşmişdir.