Zumər - 39:9 Gecə vaxtı səcdə edərək və ayaq üstə duraraq düşüncəyə dalan (meditasiyada olan), axirətin şüurunda olan və Rəbbinin rəhmətini uman birinə nə deyirsiniz? De ki, "Bilənlərlə bilməyənlər eyni ola bilərmi?" Ancaq ağıl sahibləri öyüd alır.
Bilməyənlər; Allahın ayələrinə qarşı kor, kar davrananlar:
Ənam/6:50 De: "Sizə, Allahın xəzinələri mənim yanımdadır demirəm. Gizli olan şeyləri də bilmirəm. Sizə, bir mələk olduğumu da söyləmirəm. Sadəcə mənə vəhy ediləni izləyirəm." Bunu da söylə: "Kor ilə görən eynidirmi?" Düşünmürsünüz?
Ənam/6:104 Rəbbinizdən sizə aydınladıcı bilgilər gəlmişdir. Kim görərsə öz xeyrinə, kim korluq edərsə öz zərərinədir. Mən üzərinizdə nəzarətçi deyiləm.

Əraf/7:64 Onu yalanladılar. Bundan sonra onu və onunla birlikdə gəmidə olanları qurtardıq. Ayələrimizi yalan hesab edənləri isə boğduq. Onlar kor bir xalq idi.

Ənfal/8:21 Eşitmədikləri halda: "Eşitdik!" deyənlər kimi olmayın.
Ənfal/8:22 Allah yanında, yaradılmışların (məxluqatın) ən pisi, ağıllarını istifadə etməyən kar və lallardır.

Yunus/10:42 Onlardan səni dinləyənlər də var; ağıllarını istifadə etməyən karlara sənmi eşitdirəcəksən?
Yunus/10:43 Onlardan sənə baxanlar da var; görə bilməyən korları sənmi doğruya yönəldəcəksən?

Hud/11:24 Hər iki qrupun nümunəsi, kor və kar olan biri ilə görən və eşidən birinin (halı) kimidir. Durumları eynidirmi? Öyüd almırsınız?

Rad/13:19 Sənə nazil edilənin gerçək olduğunu bilən biri, görməyən kimidirmi? Ancaq ağıl sahibləri öyüd alır.

İsra/17:72 Bu dünyada kor olanlara gəlincə, onlar axirətdə də kordur və yol baxımından da daha çox azğındır.

Həcc/22:46 Düşünən beyinlərlə və eşidən qulaqlarla yer üzünü gəzib-dolaşmadılarmı? Gerçək korluq, gözlərin korluğu deyil; kökslərdəki könüllərin korluğudur.
Həcc/22:46 Düşünən beyinlərlə və eşidən qulaqlarla yer üzünü gəzib-dolaşmadılarmı? Gerçək korluq, gözlərin korluğu deyil; kökslərdəki könüllərin korluğudur.

Furqan/25:73 Onlara Rəblərinin ayələri xatırladıldığı zaman, onlara qarşı kar və kor (kimi) davranmazlar.

Nəml/27:80 Sən nə ölülərə eşitdirə bilərsən, nə də arxa çevirib gedən karlara çağırışı eşitdirə bilərsən.
Nəml/27:81 Koru da azğınlığından çıxarıb (doğru) yola yönəldə bilməzsən. Sən ancaq, ayələrimizə iman edənlərə eşitdirə bilərsən; onlar (anlatdığın çağırışı) qəbul edərlər.

Rum/30:52 Sən nə ölülərə eşitdirə bilərsən, nə də arxa çevirib gedən karlara çağırışı eşitdirə bilərsən.
Rum/30:53 Koru da azğınlığından qurtarıb yola gətirə bilməzsən. Sən ancaq ayələrimizə iman edənlərə eşitdirə bilərsən ki, onlar dərhal təslim olarlar.

Fatir/35:22 Nə də dirilər ilə ölülər eynidir. Allah, kim/kimi istəyərsə ona eşitdirər. Sən məzarlarda olanlara eşitdirə bilməzsən.

Ğafir/40:58 Kor ilə görən eyni olmaz. İman edib müttəqi davrananlar ilə pislik işləyənlər də eyni olmaz. Nə qədər az düşünürsünüz.

Zuxruf/43:40 Sənmi kara eşitdirəcəksən, yaxud koru və açıq-aşkar bir azğınlıqda olanı yola gətirəcəksən?