Ali İmran - 3:102
Ey iman edənlər! Allahı layiqincə dinləyin və müsəlmanlar (Tanrıya təslim olanlar) olaraq ölün.
Əlaqəli:
Bəqərə/2:132
İbrahim və daha sonra Yəqub bunu övladlarına öyüd-nəsihət etdi: “Övladlarım! Allah sizin üçün bu dini seçdi; müsəlman olaraq ölməyə diqqət edin."
Əraf/7:120
Və sehrbazlar səcdəyə qapandılar.
Əraf/7:121
"Aləmlərin Rəbbinə iman etdik," dedilər,
Əraf/7:122
"Musanın və Harunun Rəbbinə..."
Əraf/7:123
Firon: "Mən sizə izin vermədənmi ona iman etdiniz? Bu, bir plandır. Şəhərdə bu planı qurdunuz ki, xalqını oradan çıxarasınız. Amma yaxında biləcəksiniz!" dedi,
Əraf/7:124
"Əllərinizi və ayaqlarınızı çarpaz kəsəcəyəm və sonra hamınızı asacağam!"
Əraf/7:125
Dedilər ki: "Biz onsuzda Rəbbimizə dönəcəyik."
Əraf/7:126
"Rəbbimizin işarətləri bizə gəldiyində ona iman etdik deyə bizdən öc alırsan. Rəbbimiz, bizə dözüm ver və canımızı müsəlman olaraq al."
Yusuf/12:101
"Rəbbim, Sən mənə hökmranlıq verdin və yuxuların yozumunu öyrətdin. Yeri və göyü ayıraraq yaradansan. Dünya və axirətdə Sənsən mənim Vəlim (Sahibim). Canımı müsəlman olaraq al və məni yaxşılara qat."