Ali İmran - 3:102 Ey iman edənlər! Allahı layiqincə dinləyin və müsəlmanlar (Tanrıya təslim olanlar) olaraq ölün.
Müsəlman (Tanrıya sülhlə təslim olan)
Ali İmran/3:64 De ki, “Kitablılar! Bizimlə sizin aranızda eyni olan bir prinsipə gəlin: Allahdan başqasına qulluq etməyək və Ona heç bir şeyi ortaq qoşmayaq, birimiz digərini Allahdan sonra Rəblər qəbul etməsin." Qəbul etməzlərsə, "Şahid olun, biz müsəlmanlarıq!" - deyin.

Zumər/39:11 De ki, "Dini yalnız Allaha xas edərək, Ona qulluq/xidmət etməklə əmr edildim."
Zumər/39:12 "Və ən irəli dərəcədə müsəlman olmağım əmr edildi."

Ənam/6:14 De: "Göyləri və yeri yoxdan Yaradan, hamını yedirən, Özü isə yeməkdən uzaq olan Allahdan başqa sahibmi qəbul edim?" De: "Mən, hər kəsdən öncə (Allaha) təslim olmaqla əmr olundum." Ortaq qoşmayın!

Ğafir/40:66 De ki, "Mənə açıq-aydın dəlillər gəldikdən sonra, Allahla yanaşı yalvardıqlarınıza qulluq/xidmət etməkdən çəkindirildim və aləmin Rəbbinə təslim olmaqla əmr olundum."

Əhqaf/46:15 Biz insana ana-atasına yaxşılıq etməsini öyüd-nəsihət etdik. Anası onu zəhmətlə daşıyar, zəhmətlə doğar. Ana qarnında daşınması ilə süddən kəsilməsi otuz ay çəkər. Nəhayət yetkinlik yaşına çatınca və qırx yaşına yetişincə: "Rəbbim, mənə, anama və atama verdiyin nemətə şükür etməyə və razı olacağın faydalı işlər görməyə məni yönəlt. Mənim soyumu islah et. Mən tövbə edib, Sənə təslim olanlardanam," deməlidir.

Həcc/22:78 Və Allah uğrunda lazımi cəhdi və fəaliyyəti göstərin. Odur sizi seçən. O, atanız İbrahimin yolu olan bu dini, sizin üçün çətin və ağır etmədi. Elçinin sizə şahid olması, sizin də insanlara şahid olmağınız üçün, sizi, daha öncə də, indi də "Müsəlmanlar=Təslim olanlar" olaraq adlandıran Odur. Namazı qoruyun, zəkatı verin və Allaha sarılın; Mövlanız (Sahibiniz) Odur. Nə gözəl Sahib və nə gözəl Yardımçıdır!

Ənkəbut/29:46 Kitab əhli ilə, zalım olanları xaric ən gözəl bir tərzdə mübahisə edin və: "Bizə nazil edilənə iman etdik və sizə nazil edilənə də iman etdik. Bizim Tanrımız, sizin də Tanrınız birdir. Biz sadəcə Ona təslim olduq," deyin.

Saffat/37:101 Biz də ona (İbrahimə) həlim xasiyyətli bir oğlan uşağı bağışladıq.
Saffat/37:102 Onunla birlikdə çalışma çağına yetişincə, "Oğlum, röyamda səni boğazlamalı olduğumu görürəm. Nə düşünürsən?" dedi. "Atacan, sənə əmr ediləni yerinə yetir. Allah istəyərsə, məni səbrli görəcəksən," dedi.
Saffat/37:103 Beləcə ikisi də təslim oldu və onu alnı üzərinə yıxdı.

Ali İmran/3:67 İbrahim nə Yəhudi idi, nə də Xristian; Təkallahlı (hənif) bir müsəlmandı. Heç bir zaman ortaq qoşanlardan olmadı.
Ali İmran/3:80 Və sizə, mələkləri və peyğəmbərləri rəblər qəbul etməyinizi də əmr etməz. Siz müsəlman olduqdan sonra, sizə heç inkar etməyi əmr edərmi?

Maidə/5:111 Həvarilərə (tələbələrə): "Mənə və elçimə iman edin," - deyə vəhy etdiyimdə; "İman etdik, Bizim müsəlman (təslim) olmamıza şahid ol," - demişdilər.

Yunus/10:90 İsrail oğullarını dənizdən keçirtdik. Firon və onun ordusu isə küstahca və düşməncə arxalarına düşdü. Boğulmaq üzrə ikən, "İsrail oğullarının iman etdiyindən başqa tanrı olmadığına iman etdim, mən müsəlmanam," dedi.

Hud/11:14 Sizə cavab verə bilmədilərsə, biləsiniz ki, o Allahın bilgisi ilə nazil edilmişdir və Ondan başqa tanrı yoxdur. Artıq müsəlman olacaqsınızmı?

Bəqərə/2:130 Özünü aldadandan başqası İbrahimin dinindən üz çevirməz. Onu bu dünyada seçdik, axirətdə də müttəqi kəslərdən olacaq.
Bəqərə/2:131 Rəbbi ona: “Təslim ol!”– dediyində, “Aləmlərin Rəbbinə təslim oldum!”– deyə qarşılıq vermişdi.
Bəqərə/2:208 Ey iman edənlər! Tamamilə təslim olun. Şeytanın addımlarını izləməyin; çünki o sizin açıq-aşkar düşməninizdir.

Rum/30:53 Koru da azğınlığından qurtarıb yola gətirə bilməzsən. Sən ancaq ayələrimizə iman edənlərə eşitdirə bilərsən ki, onlar dərhal təslim olarlar.

Əhzab/33:22 İman edənlər, partiyaları (müttəfiqləri) [hücuma hazır] görüncə, "Bax bu, Allahın və elçisinin bizə söz verdiyidir. Allah və elçisi doğru söyləmişdir," dedilər. Bu (təhlükəli vəziyyət), onların ancaq inanclarını və təslimiyyətlərini gücləndirdi.

Bəqərə/2:112 Doğrusu, kim yaxşılıq edərək özünü Allaha təslim edərsə, onun mükafatı Rəbbinin yanındadır; onlara qorxu yoxdur və onlar üzülməyəcəkdir.

Ali İmran/3:17 Onlar səbr edənlərdir, doğru sözlülərdir, könüldən təslim olanlardır, insanlara yardım edənlər və səhərlər də bağışlanma diləyənlərdir.
Ali İmran/3:83 Allahın dinindən başqasınımı axtarırlar? Halbuki göylərdə və yerdə kim varsa istər-istəməz Ona təslim olmuşdur və hamısı Ona döndəriləcəkdir.

Maidə/5:111 Həvarilərə (tələbələrə): "Mənə və elçimə iman edin," - deyə vəhy etdiyimdə; "İman etdik, Bizim müsəlman (təslim) olmamıza şahid ol," - demişdilər.

Nəhl/16:81 Və Allah, yaratdığı şeylərdən sizin üçün kölgələr əmələ gətirdi, sizin üçün dağları sığınacaq etdi, sizi istidən qoruyacaq paltarlar və sizi savaşlarınızda qoruyacaq paltarlar hazırladı. Təslim olasınız deyə nemətlərini sizə bu cür tamamlayır.

Ənbiya/21:108 De ki, "Sizin tanrınızın tək bir tanrı olduğu mənə vəhy edilir. Artıq təslim olacaqsınızmı?"

Yunus/10:84 Musa: "Ey xalqım, əgər gerçəkdən Allaha iman etmiş və Ona təslim olmuşsunuzsa (müsəlman olmuşsunuzsa) Ona güvənin."

Həcc/22:34 Onlara kənd təsərrüfatı heyvanlarını ruzi olaraq verməsindən ötrü, Allahın isimini xatırlamaları üçün, hər topluluğa ayrı bir ibadət forması müəyyən etdik. Tanrınız tək bir tanrıdır. Sadəcə Ona təslim olun. İtaət edənlərə müjdə ver.