Ali İmran - 3:103 Allahın ipinə birlikdə daha möhkəm sarılın; ayrılığa düşməyin. Allahın sizə olan nemətini xatırlayın. Siz bir-birinizə düşmənlər idiniz, qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində qardaşlar oldunuz. Bir atəş çuxurunun kənarında idiniz, sizi ondan qurtardı. Yola gələsiniz deyə Allah ayələrini belə açıqlayır.
Allah, neməti (Quranı) ilə yol göstərərək, müşrik Məkkə camaatını atəş çuxurundan (cəhənnəmə atılmaqdan) qurtardı:
Bəqərə/2:198 Rəbbinizin lütfünü (həcc bölgəsində ticarət edərək) axtarmağınızda qəbahət yoxdur. Ərafatdan ayrıldığınızda Müqəddəs Bölgədə Allahı xatırlayın. Sizi doğru yola yönəltdiyi üçün Onu xatırlayın; bundan öncə siz yolunuzu azmışdınız.

Cumuə/62:2 O ki, ümmilərin arasından, özlərindən olan bir elçi göndərmişdir ki, onlara Onun ayələrini oxuyur, onları təmizləyir və onlara kitabı və hikməti öyrədir. Bundan öncə onlar açıq aşkar bir azğınlıq içində idilər.

Ali İmran/3:164 Allah iman edənlərin içərisindən, onlara ayələrini oxuyan, onları təmizləyən, onlara Kitabı və Hikməti öyrədən bir Elçi göndərməklə lütufta bulundu. Halbuki onlar daha öncə açıq-aşkar bir azğınlıq içində idilər.

Zuxruf/43:5 Həddi aşan bir camaatsınız deyə, mesajı sizə çatdırmaqdan vaz keçək?

Ali İmran/3:103 Allahın ipinə birlikdə daha möhkəm sarılın; ayrılığa düşməyin. Allahın sizə olan nemətini xatırlayın. Siz bir-birinizə düşmənlər idiniz, qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində qardaşlar oldunuz. Bir atəş çuxurunun kənarında idiniz, sizi ondan qurtardı. Yola gələsiniz deyə Allah ayələrini belə açıqlayır.

Nisa/4:94 Ey iman edənlər! Allah yolunda mücadiləyə çıxdığınız zaman diqqətli olun. Sizə barış təklif edənə, dünya həyatının keçici mənfəətini güdərək "Sən iman etmirsən", deməyin. Çünki Allahın yanında çox qənimətlər var. Lap əvvəllər siz də onlar kimi idiniz; fəqət Allah sizə lütf etdi. Elə isə yaxşıca araşdırıb əmin olun. Allah etdiklərinizdən Xəbərdardır.

Saffat/37:69 Onlar, atalarını azğın kimsələr olaraq görmüşdülər.

Bəqərə/2:211 İsrail oğullarından soruş ki, onlara nə qədər açıq-aşkar ayələr verdik! Özünə Allahın neməti gəldikdən sonra onu dəyişdirənlər üçün Allah ağır bir cəza verər.

İsra/17:86 İstəsək, sənə vəhy etdiyimizi geri alarıq və bizə qarşı heç bir qoruyucu da tapa bilməzsən.
İsra/17:87 Ancaq Rəbbinin rəhməti var... Onun sənə olan neməti böyükdür.

Səba/34:44 Onlara, tədqiq edəcəkləri bir Kitab verməmiş və səndən öncə onlara bir xəbərdar edici göndərməmişdik.

Ya sin/36:6 Ataları xəbərdar edilmədiyindən tamamilə xəbərsiz qalmış bir camaatı xəbərdar etməyin üçün...

Ğafir/40:66 De ki, "Mənə açıq-aydın dəlillər gəldikdən sonra, Allahla yanaşı yalvardıqlarınıza qulluq/xidmət etməkdən çəkindirildim və aləmin Rəbbinə təslim olmaqla əmr olundum."