Ali İmran - 3:103
Allahın ipinə birlikdə daha möhkəm sarılın; ayrılığa düşməyin. Allahın sizə olan nemətini xatırlayın. Siz bir-birinizə düşmənlər idiniz, qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində qardaşlar oldunuz. Bir atəş çuxurunun kənarında idiniz, sizi ondan qurtardı. Yola gələsiniz deyə Allah ayələrini belə açıqlayır.
Məqsəd nədir?
Muminun/23:52
Sizin bu cəmiyyətiniz, tək bir cəmiyyətdir. Mən sizin Rəbbinizəm, Mənə hörmət edin.
Muminun/23:53
Fəqət, onlar işlərini müxtəlif kitablara ayırdılar. Hər qrup öz yanında olandan razı...
Muminun/23:54
Müəyyən bir müddətə qədər onları şaşqınlıqları içində burax!
Zumər/39:3
Həqiqətən, din sadəcə Allaha aiddir. Ondan başqalarını övliya (dostlar) olaraq qəbul edənlər, "Onlar bizi Allaha daha çox yaxınlaşdırsın deyə biz onlara qulluq/xidmət edirik." (deyərlər). Ayrılığa (ixtilafa) düşdükləri bu mövzu haqqında onların arasında Allah qərar verəcəkdir. Allah şübhəsiz ki, yalançıları və nankorları doğru yola yönəltməz.
Ənam/6:65
De ki: "Üstünüzdən və ya ayaqlarınızın altından sizə bir əzab göndərməyə, yaxud sizləri məzhəblərə bölüb bir-birinizin pisliyini daddırmağa Onun gücü yetər." Gör ayələrimizi necə izah edirik ki, bəlkə anlasınlar.
Rum/30:32
Onlar ki, dinlərini parçaladılar və məzhəb-məzhəb oldular. Hər partiya özünə aid (imam və kitab)larla sevinib öyünməkdədir.
Ənam/6:159
Dinlərini parçalara ayırıb qrup-qrup olanlarla sənin heç bir əlaqən yoxdur. Onların işi Allaha qalmışdır; Sonra onlara vəziyyətlərini xəbər verəcəkdir.