Ali İmran - 3:104 İçərinizdə, yaxşılığa çağıran, sağlam düşüncəni öyüd-nəsihət edən və pislikdən çəkindirən bir topluluq olsun. Bunlar uğur qazananlardır.
İman edənlər sağlam fikirli olmağı nəsihət edərlərdir:
Ali İmran/3:159 Allahın sənə bir lütfü olaraq onlarla mülayim rəftar etdin. Kobud və daş ürəkli olsaydın, çevrəndən dağılıb gedərdilər. Onları əfv et, bağışlanmalarını dilə və görüləcək işlər haqqında onlara danış. Qərar verincə də Allaha güvən; Allah güvənənləri sevər.

Maidə/5:45 Orada onlara: Cana can, gözə göz, buruna burun, qulağa qulaq, dişə diş və yaralara ödəşməni əmr etdik. Kim bu haqqından imtina edərsə, günahlarını örtər. Allahın nazil etdiyi ilə hökm verməyənlər zalımdır.

Rad/13:22 Və onlar ki, müqavimət göstərərlər, sadəcə Rəblərinin razılığını qazanmaq üçün, namazı qoruyarlar, onlara verdiyimiz ruzilərdən gizli və aşkar yardım üçün xərcləyərlər və pisliyi yaxşılıq ilə dəf edərlər. Son dayanacağa onlar layiqdirlər.

Nəhl/16:126 Qarşılıq verəcəksinizsə, sizə verilən qarşılığın bir bənzəriylə qarşılıq verin. Səbr edərsinizsə, əlbəttə bu səbr edənlər üçün daha xeyirlidir.

Muminun/23:96 Pisliyə yaxşılıqla qarşılıq ver. Biz onların iddialarını yaxşı bilirik.

Nur/24:22 Sizdən mal və imkana sahib olanlar, əqrəbalara, yoxsullara və Allah yolunda köç (hicrət) edənlərə verməmək üçün and içməsinlər. Əfv etsinlər, keçsinlər. Allahın sizi bağışlamasını sevmirsiniz? Allah Bağışlayandır, Rəhmlidir.

Furqan/25:63 Rəhmanın qulları elə kimsələrdir ki, yer üzündə təvazökarlıqla gəzərlər. Cahillər onlara xoşagəlməz bir söz atınca da barış təklif edərlər.

Fussilət/41:34 Yaxşılıq ilə pislik eyni olmaz. Sən ən yaxşı bir şəkildə qarşılıq ver. O zaman, aranızda düşmənçilik olan adam, bəlkə ən yaxşı dostun olar.
Fussilət/41:35 Bu vəziyyətə ancaq müqavimət göstərənlər çatdırılar. Bu vəziyyətə ancaq olduqca şanslı olanlar yetişdirilər.

Şura/42:40 Pisliyin cəzası, özü kimi bir pislikdir; Ancaq kim əfv edər və müttəqi davranarsa, Allah tərəfindən mükafatlandırılar. O, zalımları sevməz.
Şura/42:41 Haqsızlığa uğradıqdan sonra haqları üçün müqavimət göstərənlər qınanmazlar, cəzalandırılmazlar.
Şura/42:42 Ancaq, insanlara zülm edənlərə və yer üzündə haqsız yerə hücum edənlərə qarşı müqvimət göstərmək lazımdır. Onlara ağrılı-acılı bir əzab vardır.
Şura/42:43 Səbr edib bağışlamaq, sağlam bir xarakteri göstərir.

Əsr/103:3 Ancaq iman edib müttəqi davrananlar, bir-birlərinə gerçəyi tövsiyə edənlər və bir-birlərinə səbr etməyi tövsiyə edənlər xaric.