Ali İmran - 3:106 O gün bəzi üzlər ağarar, bəzi üzlər isə qaralar. Üzləri qaralan kəslərə: “İman etdikdən sonra inkarmı etdiniz? İnkarınıza görə əzabı dadın."
Üzləri qaralanlar; inkar edənlər:
Yunus/10:27 Pislik və günah qazananlara isə pisliyinin eynisi ilə qarşılıq verilər. Üzlərini bir alçalma hissi bürüyər. Allahdan başqa bir qoruyucuları yoxdur. Üzləri sanki qaranlıq gecədən bir parçayla bürünmüşdür. Onlar atəş əhlidir; onlar orada əbədi qalacaqlar.

İbrahim/14:49 O gün günahkarları, zəncirlərə vurulmuş olaraq görərsən.
İbrahim/14:50 Geyimləri qatrandandır və üzlərini atəş bürüyər.
İbrahim/14:51 Beləcə Allah hər kəsə qazandığının qarşılığını verir. Allah tez haqq-hesab çəkəndir.

Ta ha/20:102 Boruya üfürüləcəyi gün, günahkarları o gün göyərmiş (kədərdən üzlərinin bozarmış) olaraq toplayarıq.

Rahmən/55:41 Günahkarlar üzlərindən tanınar və zorla götürülərlər.


Əbəsə/80:42 Bax onlar inkar edənlərdir, yoldan çıxanlardır.

Zumər/39:60 Dirilmə Günü, Allah haqqında yalan uyduranların üzlərini üzüntülü görərsən. Cəhənnəm, azğınlar üçün tam uyğun bir yer deyilmi?

Ali İmran/3:106 O gün bəzi üzlər ağarar, bəzi üzlər isə qaralar. Üzləri qaralan kəslərə: “İman etdikdən sonra inkarmı etdiniz? İnkarınıza görə əzabı dadın."