Ali İmran - 3:107
Üzləri ağ olan kəslər isə Allahın rəhməti içindədir. Orada sürəkli qalarlar.
Üzləri ağaranlar; cənnət əhli:
Yunus/10:26
Gözəl davrananlara daha artığı vardır. Üzlərini nə bir məhrumiyyət, nə də bir alçalma hissi bürüyər. Onlar cənnət əhlidir. Orada əbədi qalacaqlar.
Qiyamə/75:22
O gün bəzi üzlər parlayar.
Qiyamə/75:23
Rəbbinə baxar.
Əbəsə/80:38
O gün bəzi üzlər var ki, nurlu olacaq,
Əbəsə/80:39
Gülərüzlü, nəşəli.
Mutaffifin/83:24
Üzlərindən nemətlərin sevinc və parıltısını oxuyarsan.
Ğaşiyə/88:8
O gün başqa üzlər də var ki, xoşbəxtdir.
Ğaşiyə/88:9
Etdiklərindən ötrü sevinclidir.
Ğaşiyə/88:10
Yüksək bir cənnətdədir.