Ali İmran - 3:11 Fironun xalqı və ya onlardan öncəkilərin vəziyyəti kimi... Ayələrimizi (vəhy və möcüzələrimizi) yalan hesab etdilər və Allah da onları suç üstündə yaxaladı. Allahın cəzalandırması şiddətlidir.
Yalanlayan cəmiyyətlərin məhv edilməsinə örnəklər:
Ənkəbut/29:36 Mədyənə də qardaşları Şueybi... "Xalqım, Allaha qulluq edin, axirət gününü axtarın və yer üzündə fəsad törədərək qarışıqlıq çıxarmayın," demişdi.
Ənkəbut/29:37 Onu yalanladılar. Bundan sonra onları bir sarsıntı yaxaladı və evlərində diz üstə düşüb qaldılar.
Ənkəbut/29:38 Eyni şəkildə, Ad və Səmudu da... Aqibətləri, sakin olduqları yerlərdən sizə bəllidir. Şeytan işlərini onlara süslü göstərərək onları yoldan azdırdı. Halbuki görüb anlayacaq qabiliyyətə sahib idilər.
Ənkəbut/29:39 Qarun, Firon və Hamanı da... Musa onlara açıq-aşkar dəlillərlə getmişdi; ancaq onlar yer üzündə təkəbbür göstərdilər. Qaçıb qurtula bilmədilər.
Ənkəbut/29:40 Hamısını günahlarıyla yaxaladıq. Onlardan kimisinin üstünə çılğın bir fırtına göndərdik, kimisini də qorxunc bir səs yaxaladı, kimisini yerin dibinə batırdıq, kimisini də boğduq. Onlara zülm edən Allah deyildi; onlar özləri özlərinə zülm edirdilər.