Ali İmran - 3:111 Sizə həqarətdən başqa bir zərər verə bilməzlər. Sizinlə savaşarlarsa, dönüb qaçarlar. Onlara yardım da edilməz.
Kitab əhlinin inkar edənləri sizinlə savaşarlarsa dönüb qaçarlar:
Həşr/59:11 İkiüzlü davrananlara diqqət etmədinmi? Kitab əhlindən inkarçı olan yoldaşlarına, "Çıxardılsanız, biz də sizinlə birlikdə çıxacağıq və sizin əleyhinizə heç bir kimsəyə itaət etməyəcəyik. Sizinlə savaşılarsa, mütləq sizi dəstəkləyəcəyik," deməkdədirlər. Allah onların yalançı olduğuna şahidlik edər.
Həşr/59:12 Doğrusu, onlar çıxarılsalar, onlarla birlikdə çıxmazlar. Onlarla savaşılarsa, onları dəstəkləməzlər. Dəstəkləsələr belə arxalarını dönüb qaçarlar, sonra yardım görməzlər.
Həşr/59:13 Qəlblərinə, Allahdan daha çox siz qorxu salırsınız. Çünki onlar anlayışsız bir topluluqdur.
Həşr/59:14 Onlar, yaxşı qorunmuş şəhərlərdə və ya divarların ardında olmaları xaricində bir araya gəlib sizinlə savaşmazlar. Aralarındakı münaqişələri çətindir (şiddətlidir). Onları birlik (halında) sanarsan, halbuki qəlbləri dağınıqdır. Çünki onlar, ağıllarını işlətməyən bir topluluqdur.