Ali İmran - 3:112 Harada olurlarsa olsunlar, -Allahın ipinə, ya da insanların ipinə (sözləşməsinə) sığınanlar xaric- alçaldılar. Allahın qəzəbinə layiq görüldülər və yoxsulluğa məhkum edildilər. Çünki onlar, Allahın ayələrini inkar edir və peyğəmbərləri haqsız yerə öldürürdülər. Bütün bunlar, qarşı gəlmələri və həddi aşmalarının bir nəticəsi idi.
İsrail oğulları onlara gələn elçiləri nə üçün öldürdülər?
Bəqərə/2:87 Musaya Kitabı verdik və ondan sonra bir-birinin ardınca elçilər göndərdik. Məryəm oğlu İsaya da açıq-aşkar dəlillər verdik və onu Müqəddəs Ruh ilə dəstəklədik. Məgər bir elçi sizə xoşlamadığınız bir şey gətirdikdə təkəbbür göstərmədinizmi? Necə ki, (onların) bir qismini yalançı hesab etdiniz və bir qismini də öldürdünüz.
Bəqərə/2:91 Onlara, “Allahın nazil etdiyinə iman edin!”– deyildiyində, (onlar:) “Biz özümüzə nazil edilənə iman edirik”– deyərək ondan sonra gələni inkar edərlər. Halbuki bu, yanlarında olanı təsdiqləyən gerçəkdir. De: “İman etmişdinizsə, nə üçün daha öncə Allahın peyğəmbərlərini öldürürdünüz?”

Ali İmran/3:181 “Allah fəqir, biz isə zənginik!”– deyənlərin sözünü Allah eşitməkdədir. Söylədiklərini və haqsız yerə peyğəmbərləri öldürmələrini qeyd edəcəyik və "Yandırıb-yaxan əzabı dadın," - deyəcəyik.
Ali İmran/3:183 Onlar, “Atəşin yeyəcəyi bir qurban gətirmədikcə heç bir elçiyə iman etməməmiz mövzusunda Allah bizdən söz aldı," - deyirlər. De ki, “Məndən öncə, açıq-aşkar dəlillərlə birlikdə bu dediyinizi də sizə gətirən elçilər gəldi. Sözünüzün yiyəsisinizsə nə üçün onları öldürdünüz?"
Ali İmran/3:21 Allahın ayələrini inkar edənlərə, peyğəmbərləri haqsız yerə öldürənlərə və insanlar arasında ədaləti müdafiə edənləri öldürənlərə ağrılı-acılı bir əzabı müjdələ.