Ali İmran - 3:116 İnkar edənlərin nə paraları (pulları), nə də övladları Allaha qarşı onlara heç bir fayda verməyəcəkdir. Onlar Atəşin əhlidir; onlar orada əbədi qalıcıdırlar.
Dirilmə günü para (pul) və övladın faydası yoxdur:
Səba/34:35 Hətta, "Bizim paramız (pullarımız) və övladlarımız daha çoxdur; biz cəzalandırılmayacağıq," dedilər.
Səba/34:36 De ki, "Mənim Rəbbim, istədiyinə ruzini bol verər və ya azaldar. Fəqət insanların çoxu bilməz."
Səba/34:37 Sizi bizə yaxınlaşdıran şey nə paralarınızdır (pullarınızdır), nə də övladlarınızdır. Ancaq iman edən və müttəqi davrananlar xaric. Onlara, etdiklərinin iki qat qarşılığı veriləcəkdir və mənzillərində əmin-amanlıq içindədirlər.

Muminun/23:55 Elə bilirlər ki, onlara bağışladığımız paralar və övladlar ilə,
Muminun/23:56 Onların yaxşılığına tələsirik? Xeyr, fərqində deyillər.

Hədid/57:20 Bilin ki, dünya həyatı bir oyun, əyləncə, süs, aranızda öyünmək, para-pul və övlad çoxaltma yarışından ibarətdir. Bu, inkar edənlərin xoşuna gələn bir bitkini yetişdirən bir yağmura bənzəyir. Halbuki daha sonra o bitki quruyar, saralar və axırda çör-çöp olar. Axirətdə isə Allahdan çətin (şiddətli) bir əzab, bir bağışlanma və razılıq vardır. Dünya həyatı, aldadan, keçici bir zövqdən ibarətdir.

Tovbə/9:24 De ki: "Ana-atalarınız, uşaqlarınız, qardaşlarınız, zövcələriniz, ailəniz, qazandığınız pullar, iflasa uğramasından qorxduğunuz iş və xoşlandığınız evlər Allahdan və Elçisindən və Onun yolunda səy göstərməkdən daha əzizdirsə, Allah əmrini gətirincəyə qədər gözləyin." Allah yoldan çıxmış camaatları doğruya yönəltməz.
Tovbə/9:35 Gün gələr o topladıqları qızıllar və pullar Cəhənnəm atəşində qızdırılaraq onlarla alınları, yanları və kürəkləri dağlanar: "Özünüz üçün topladığınız bax budur. Topladığınızı dadın."

Munafiqun/63:9 Ey iman edənlər, paralarınız (pullarınız) və övladlarınız sizi Allahı xatırlamaqdan yayındırmasın! Belə davrananlar ziyana uğrayanlardır.

Təğabun/64:15 Mallarınız və övladlarınız sizin üçün bir sınaqdır. Böyük mükafat Allah qatındadır.

Fəth/48:11 Ərəblərdən geridə qalanlar, "Paralarımız (pullarımız) və ailə-uşaqlarımız bizə mane oldu, bizim üçün bağışlanma dilə," deyəcəklər. Onlar qəlblərində olmayanı, dilləri ilə söyləyirlər. De ki, "Sizin üçün bir zərər və ya fayda diləyərsə, Allahın bu diləyinə kim əngəl ola bilər?" Halbuki Allah bütün etdiklərinizdən xəbərdardır.

Haqqə/69:25 Kitabı solundan verilənlərə gəlincə, onlar, "Kaş ki, kitabım mənə verilməsəydi," deyər,

Tovbə/9:55 Onların paraları və övladları səni təsirə salmasın. Allah bunlarla, onları dünya həyatında cəzalandırmaq və canlarının inkarçı olaraq çıxmasını istəyir.

Huməzə/104:2 (Ona görə) ki, o para (pul)/mal yığıb-toplayır və onu elə hey sayır.

Kəhf/18:46 Para (pul) və övladlar bu dünya həyatının cəlbedici materiallarıdır. Amma, daimi qalacaq müttəqi işlər, Rəbbinin qatında bir mükafat və ümid olaraq daha yaxşıdır.

Ali İmran/3:116 İnkar edənlərin nə paraları (pulları), nə də övladları Allaha qarşı onlara heç bir fayda verməyəcəkdir. Onlar Atəşin əhlidir; onlar orada əbədi qalıcıdırlar.


Məsəd/111:2 Nə parası (pulu), nə də bir qazancı ona fayda vermədi.