Ali İmran - 3:118 Ey iman edənlər! Sizə pislik etməkdən geri çəkilməyən, sizin sıxıntıya düşməyinizi istəyən kimsələri sirdaş qəbul etməyin. Ağızlarından kin və nifrət tökülür. Kökslərində gizlətdikləri isə daha böyükdür. Sizə ayələri açıqladıq; düşünürsünüzsə,
İkiüzlülər iman edənləri dilləriylə incidirlər:
Bəqərə/2:13 Onlara, "Bu insanların iman etdiyi kimi iman edin," deyildiyində, "Beyinsizlərin iman etdiyi kimimi iman edəcəyik?” deyərlər. Gerçək beyinsizlər onlardır, fəqət bilməzlər.

Əhzab/33:19 Sizinlə əlaqələrində çox xəsisdirlər. Təhlükə gəldiyində, üzərinə ölüm halsızlığı çökmüş kimsə kimi gözləri qorxudan dönmüş bir halda sənə baxdıqlarını görərsən. Təhlükə keçincə də, mala-mülkə düşkünlük göstərərək sizi acı (incidici) dilləri ilə incidərlər. Bu cür kimsələr iman etmiş deyillər. Buna görə Allah onların işlərini boşa çıxarar. Bu, Allah üçün asandır.

Munafiqun/63:1 İkiüzlülər sənin yanına gəldiklərində, "Sənin Allah elçisi olduğuna şəhadət edərik," deyərlər. Allah sənin Öz elçisi olduğunu bilir və Allah İkiüzlülərin yalan söylədiyinə də şəhadət edər.

Tovbə/9:124 Hər nə zaman bir surə nazil olsa, "Bu, surə hansınızın imanını artırdı?" deyə soruşanlar var. Gerçəkdən iman edənlərin imanını artırmışdır və onlar (hər surənin nazil olmasıyla) sevinib bir-birlərini müjdələyərlər.

Munafiqun/63:7 Onlar, "Allahın Elçisinin yanında olanlara yardım etməyin ki, dağılıb getsinlər," deyənlərdir. Halbuki göylərin və yerin xəzinələri Allaha aiddir; amma ikiüzlülər qavraya bilməzlər.

Fəth/48:15 Savaşdan geri qalmış olanlar, siz qənimətləri almaq üçün getdiyinizdə, "Qoyun biz də sizinlə gələk," deyəcəklər. Onlar Allahın sözünü dəyişdirmək istəyirlər. De ki, "Siz bizi izləməyəcəksiniz. Bu Allahın öncədən almış olduğu qərardır." Bunun üzərinə onlar, "Siz əslində bizə həsəd aparırsınız," deyəcəklər. Doğrusu, onlar çox az söz anlayırlar.

Munafiqun/63:8 "Şəhərə dönsək, üstün olanlar alçaqları çıxardacaqdır," deyirlər. Halbuki üstünlük Allaha, elçisinə və iman edənlərə aiddir. Lakin ikiüzlülər bilməzlər.
Munafiqun/63:5 Onlara, "Gəlin ki, Allahın elçisi sizin üçün bağışlanma diləsin," deyildiyində, başlarını çevirərlər; təkəbbür göstərərək yoldan çıxdıqlarını görərsən.

Mucadilə/58:8 Gizli toplantılar qurmaqdan çəkindirildikləri halda, hələ də çəkindirildikləri işdə israr edənlər diqqətini çəkmədimi? Onlar günah işləmək, düşmənçilik etmək və elçiyə itaətsizlik etmək məqsədi ilə gizli hazırlıqlar görürlər. Sənin yanına gəldiklərində, Allahın səni salamlamadığı bir şəkildə salamlayırlar. Öz aralarında, "Söylədiklərimizdən ötrü Allah bizi cəzalandırmalı deyildimi?" deyərlər. Cəhənnəm onlara yetər. Orada yanarlar; nə pis bir məskəndir orası.

Tovbə/9:48 Daha öncə də qarışıqlıq çıxarmağı arzulamışdılar və sənə qarşı işlər/intriqalar çevirmişdilər. Nəhayət gerçək gəldi və Allahın qanunu, onlara rəğmən hakim oldu.

Ənbiya/21:36 Kafirlər (gerçəyi örtənlər) səni gördüklərində, "Tanrılarınızı dilinə dolayan budurmu?" deyə istehzalarına hədəf etməkdən başqa bir reaksiya göstərmirlər. Onlar Rəhmanın mesajını tamamilə inkar etməkdədirlər.

Mucadilə/58:9 Ey iman edənlər, gizli görüşdüyünüz vaxt günah, düşmənçilik və elçiyə üsyan üçün danışmayın; yaxşılıq və müttəqilik üçün danışın. Hüzuruna toplanacağınız Allahı dinləyin.

Ali İmran/3:119 Məhz siz, onlar sizi sevmədiyi halda onları sevənlərsiniz! Üstəlik siz bütün kitablara/kitabın hamısına iman edirsiniz. Sizinlə qarşılaşdıqları zaman "İman etdik," - deyərlər, yalnız qaldıqlarında isə sizə olan öfkələrindən barmaqlarını gəmirirlər. De ki: " Öfkənizdən canınız çıxsın." Şübhəsiz Allah kökslərin özünü Biləndir.