Ali İmran - 3:118
Ey iman edənlər! Sizə pislik etməkdən geri çəkilməyən, sizin sıxıntıya düşməyinizi istəyən kimsələri sirdaş qəbul etməyin. Ağızlarından kin və nifrət tökülür. Kökslərində gizlətdikləri isə daha böyükdür. Sizə ayələri açıqladıq; düşünürsünüzsə,
İkiüzlülərin sinələrində gizlədikləri:
Mucadilə/58:8
Gizli toplantılar qurmaqdan çəkindirildikləri halda, hələ də çəkindirildikləri işdə israr edənlər diqqətini çəkmədimi? Onlar günah işləmək, düşmənçilik etmək və elçiyə itaətsizlik etmək məqsədi ilə gizli hazırlıqlar görürlər. Sənin yanına gəldiklərində, Allahın səni salamlamadığı bir şəkildə salamlayırlar. Öz aralarında, "Söylədiklərimizdən ötrü Allah bizi cəzalandırmalı deyildimi?" deyərlər. Cəhənnəm onlara yetər. Orada yanarlar; nə pis bir məskəndir orası.
Ənfal/8:30
İnkar edənlər səni təsirsiz hala gətirmək və ya səni öldürmək, ya da səni yurdundan qovub çıxartmaq üçün planlar qururdular. Onlar plan qururlarsa, Allah da plan qurur. Allah plan quranların Ən Ustasıdır.
Tovbə/9:64
İkiüzlülər, qəlblərindəkini onlara xəbər verəcək bir surənin nazil olmasından çəkinirlər. De ki: "İstehza edin görək, Allah qorxduğunuz şeyi aşkara çıxaracaqdır."
Muhəmməd/47:29
Qəlblərində xəstəlik olanlar, Allahın, onların kinlərini açığa çıxaracağını bilmirlərmi?
Muhəmməd/47:30
İstəsəydik, onları sənə göstərərdik, sən də onları üzlərindən tanıyardın. Sən onları sözlərinin əyriliyindən tanıya bilərsən. Allah bütün işlədiklərinizi bilir.
Fəth/48:6
Və Allah haqqında pis düşüncələr bəsləyən ikiüzlü kişilərlə ikiüzlü qadınları və bütpərəst kişilərlə bütpərəst qadınları cəzalandırsın. Pislikləri əks təsir göstərəcəkdir. Allah onlara qəzəblənmiş, onları lənətləmiş və onlar üçün cəhənnəmi hazırlamışdır. Orası necə də pis bir dönüş yeridir.
Ali İmran/3:118
Ey iman edənlər! Sizə pislik etməkdən geri çəkilməyən, sizin sıxıntıya düşməyinizi istəyən kimsələri sirdaş qəbul etməyin. Ağızlarından kin və nifrət tökülür. Kökslərində gizlətdikləri isə daha böyükdür. Sizə ayələri açıqladıq; düşünürsünüzsə,
Ali İmran/3:119
Məhz siz, onlar sizi sevmədiyi halda onları sevənlərsiniz! Üstəlik siz bütün kitablara/kitabın hamısına iman edirsiniz. Sizinlə qarşılaşdıqları zaman "İman etdik," - deyərlər, yalnız qaldıqlarında isə sizə olan öfkələrindən barmaqlarını gəmirirlər. De ki: " Öfkənizdən canınız çıxsın." Şübhəsiz Allah kökslərin özünü Biləndir.
Ali İmran/3:120
Sizə bir yaxşılıq toxunsa onlar üzülər, başınıza bir pislik gəlsə ona sevinərlər. Çətinliklərə qarşı müqavimət göstərər və müttəqi davranarsanız intriqaları sizə heç bir zərər verməz. Allah (onların) bütün etdiklərini kontrol edər.