Ali İmran - 3:119 Məhz siz, onlar sizi sevmədiyi halda onları sevənlərsiniz! Üstəlik siz bütün kitablara/kitabın hamısına iman edirsiniz. Sizinlə qarşılaşdıqları zaman "İman etdik," - deyərlər, yalnız qaldıqlarında isə sizə olan öfkələrindən barmaqlarını gəmirirlər. De ki: " Öfkənizdən canınız çıxsın." Şübhəsiz Allah kökslərin özünü Biləndir.
İman edənlər bütün kitablara iman edirlər:
Bəqərə/2:285 Elçi, Rəbbindən ona nazil edilənə iman etdi, iman edənlər də... Hamısı, Allaha, mələklərinə, kitablarına və elçilərinə iman edirlər: "Elçilərinin arasında heç bir fərq qoymarıq.” Deyərlər ki: "Eşitdik və tabe olduq. Rəbbimiz bizi bağışla; dönüş Sənədir."

Ali İmran/3:84 De ki: “Allaha, bizə nazil edilənə, İbrahimə, İsmailə, İshaqa, Yəquba və nəvələrinə nazil edilənə; Musaya, İsaya və peyğəmbərlərə Rəbləri tərəfindən verilənə iman etdik. Onların heç birinin arasında fərq qoymarıq və biz Ona təslim olanlarıq!”

Bəqərə/2:136 “Allaha, bizə nazil edilənə, İbrahim, İsmail, İshaq, Yəqub və nəvələrinə nazil edilənlərə, Musaya, İsaya verilənə, və bütün peyğəmbərlərə Rəbbi tərəfindən verilənlərə iman etdik. Onların heç biri arasında fərq qoymarıq. Biz sadəcə Ona təslim olanlarıq,” - deyin.