Ali İmran - 3:131 İnkar edənlər üçün hazırlanmış olan atəşdən çəkinin.
İnkar edənlər üçün hazırlanmış olan atəş:
Bəqərə/2:23 Qulumuza nazil etdiyimizə şübhə edirsinizsə, buna bənzər bir surə gətirin. Doğru sözlüsünüzsə, Allahdan başqa bütün şahidlərinizi də yardıma çağırın.
Bəqərə/2:24 Bunu edə bilməsəniz, – əsla edə bilməyəcəksiniz – o təqdirdə inkarçılar üçün hazırlanan və yanacağı insanlar ilə daşlar olan atəşdən çəkinin.

Ənbiya/21:98 Siz və Allahla yanaşı qulluq/xidmət etdikləriniz cəhənnəmin yanacağısınız; siz oraya girməyə layiqsiniz.

Ali İmran/3:10 İnkar edənlərin nə paraları (pulları), nə də övladları Allaha qarşı onlara heç bir fayda verməyəcəkdir. Onlar atəşin yanacağıdır.