Ali İmran - 3:132
Allaha və Elçiyə itaət edin, sizə mərhəmət edilsin.
Mərhəmət edilməmiz üçün:
Əraf/7:156
"Bu dünyada da bizim üçün yaxşılıq yaz, axirətdə də... Biz Sənə yönəldik." Dedi ki: "Əzabım istədiyim kimsəyə toxunacaqdır. Rəhmətim isə hər şeyi bürümüşdür; onu xüsusilə: müttəqi bir həyat sürənlərə, zəkatı verənlərə və ayələrimizə iman edənlərə yazacağam."
Ənam/6:51
Rəblərinin hüzuruna çıxacaqlarına görə həyəcanlananları onunla (Quranla) xəbərdar et. Ondan başqa bir sahibləri və şəfaətçiləri (vasitəçiləri) yoxdur. Bəlkə qorunarlar.
Ənam/6:155
Bu da nazil etdiyimiz mübarək bir Kitabdır. Elə isə sizə mərhəmət edilməsi üçün ona tabe olmalısınız, muttəqi davranmalısınız.
Əraf/7:63
"Sizi xəbərdar etmək üçün və müttəqi bir həyat yaşayıb mərhəmətə nail olasınız deyə, sizdən bir adama Rəbbinizdən bir mesajın gəlməsinəmi təəccübləndiniz?"
Əraf/7:204
Quran oxunduğu zaman, ona qulaq asıb dinləyin ki, sizə mərhəmət edilsin.
Ənbiya/21:75
Onu mərhəmətimizin əhatəsinə aldıq, çünki o müttəqilərdən idi.
Nəml/27:46
Dedi: "Ey xalqım, Nə üçün yaxşılığın yerinə pislik üçün tələsirsiniz? Mərhəmət olunmağınız üçün Allahdan bağışlanma diləməyinizə ehtiyac yoxdur?"
Ya sin/36:45
Onlara deyilmişdi, "Keçmişinizdən ibrət alıb və gələcəyiniz üçün diqqətli olun ki, sizə mərhəmət edilsin."
Hucurat/49:10
İman edənlər qardaşdırlar. Qardaşlarınızın arasını düzəldin. Allaha hörmət edin ki, sizə mərhəmət edilsin.
Ənam/6:70
Dinlərini oyun-əyləncəyə çevirənləri və dünya həyatına aldananları burax. Sən bununla (Quranla) xatırlat ki, heç kəs qazandığının fəlakətli nəticəsini çəkməsin. Onun Allahdan başqa bir Sahibi və Şəfaətçisi yoxdur. (O) hər cürə fidyəni versə belə ondan qəbul edilməz. Bunlar, qazandıqlarına görə fəlakətli nəticəyə uğrayanlardır; İnkar etmələri üzündən qaynar sudan bir içkiyə və ağrılı-acılı bir əzaba layiqdirlər.