Ali İmran - 3:133 Rəbbiniz tərəfindən bağışlanmağa, eni göylərlə yeri əhatə edən və müttəqilər üçün hazırlanmış olan cənnətə doğru tələsin.
Cənnətə tələsməkdən məqsəd; Cənnətə layiq olmaq üçün yaxşılıqlarda tələsin-yarışın:
Bəqərə/2:148 Hər birinizin seçdiyi bir yön və üsul var; siz yaxşılıqda yarışın. Harada olursunuz olun Allah sizi bir araya gətirər. Allah əlbəttə hər şeyə gücü yetəndir.

Ali İmran/3:114 Allaha və Axirət gününə iman edirlər, yaxşılığı öyüd-nəsihət edir, pislikdən çəkindirər və yaxşı işlərə tələsirlər. Məhz onlar yaxşılardandır.

Hud/11:114 Gündüzün iki ucunda, gecənin yaxın qismində namazı qoru! Yaxşılıqlar pislikləri silib götürər. Bu, öyüd alanlara bir öyüddür.

Ənbiya/21:90 Duasını qəbul etdik və ona Yəhyanı verdik. Onun üçün arvadının durumunu düzəltdik. Çünki onlar yaxşı işlərdə yarışırlar, Bizə ümid edərək və qorxaraq yalvarırdılar. Onlar Bizə hörmət edənlərdi.

Muminun/23:58 Rəblərinin ayələrinə iman edənlər,
Muminun/23:60 Rəblərinə dönəcəklərinin şüurunda olaraq verənlər,
Muminun/23:61 Məhz onlar, yaxşılıqlarda yarışanlardır; və onlar yaxşılıq etməkdə öncüdürlər.


Mutaffifin/83:26 Ləzzəti müşkdür. Yarışanlar bax bunun üçün yarışsınlar.