Ali İmran - 3:133
Rəbbiniz tərəfindən bağışlanmağa, eni göylərlə yeri əhatə edən və müttəqilər üçün hazırlanmış olan cənnətə doğru tələsin.
Bağışlanmağa layiq olanlar:
Bəqərə/2:271
Yardımlarınızı açıqlasanız, nə gözəl. Ancaq onları gizləyərək möhtaclara versəniz daha yaxşıdır və bu bəzi günahlarınızı örtər. Allah etdiyinizi xəbər alır.
Ali İmran/3:195
Rəbləri onlara cavab verdi: "Mən, sizdən heç bir çalışanın etdiyini mükafatsız buraxmaram, istər kişi olsun, istər qadın olsun; hamınız eynisiniz. Köç (hicrət) edənlər, öz yurdlarından çıxarılanlar, yolumda işgəncə və həqarətə məruz qalanlar, vuruşanlar və öldürülənlər... Onların pisliklərini örtəcəyəm və onları içlərində çaylar axan bağçalara yerləşdirəcəyəm. Allahdan bir qarşılıq olaraq... Ən gözəl qarşılıq Allahın yanındadır.”
Maidə/5:12
Allah, İsrail oğullarından söz almışdı və içlərindən on iki başçı göndərmişdik. Allah demişdi ki: “Namazı qoruyarsanız, zəkatı verərsəniz, elçilərimə iman edip onlara hörmət qoyarsanız və Allaha gözəl bir borc verərsəniz sizinlə bərabərəm. Günahlarınızı örtər, içlərindən çaylar axan bağçalarda ağırlayaram. Artıq sizdən kim bundan sonra inkar edərsə, doğru yoldan azmış olar."
Maidə/5:45
Orada onlara: Cana can, gözə göz, buruna burun, qulağa qulaq, dişə diş və yaralara ödəşməni əmr etdik. Kim bu haqqından imtina edərsə, günahlarını örtər. Allahın nazil etdiyi ilə hökm verməyənlər zalımdır.
Maidə/5:65
Kitab əhli iman edib muttəqi davransa, günahlarını örtərək onları bol nemətli bağçalara yerləşdirərdik.
Ənfal/8:29
Ey iman edənlər! Allahı dinləyərsəniz, sizə doğrunu yalnışdan ayıracaq anlayış verər, pisliklərinizi örtər və sizi bağışlayar. Allah böyük lütf Sahibidir.
Nəhl/16:119
Buna rəğmən Rəbbin, avamlıqları üzündən pislik etdikdən sonra ardından tövbə edib düzələnlərə (qarşı), bəli sənin Rəbbin ondan sonra Bağışlayandır, Rəhmlidir.
Furqan/25:70
Ancaq iman edib müttəqi bir həyat sürənlər xaric. Allah onların günahlarını yaxşılıqlara çevirər. Allah Bağışlayandır, Rəhmlidir!
Nəml/27:11
"Ancaq kim zülm edərsə, sonra günahlarını buraxıb yaxşılıq edərsə, ona qarşı Mən Bağışlayıcıyam, Rəhmliyəm!"
Ənkəbut/29:7
İman edib müttəqi davrananların pisliklərini əlbəttə örtəcəyik və etdiklərinin daha yaxşısı ilə onları mükafatlandıracağıq.
Əhzab/33:70
Ey iman edənlər! Allahı layiqincə dinləyin və doğru söz söyləyin.
Əhzab/33:71
(Ona görə) ki, işlərinizi düzəltsin, günahlarınızı bağışlasın. Kim Allaha və elçisinə tabe olarsa, böyük bir zəfər qazanmışdır.
Muhəmməd/47:2
İman edib müttəqi davrananların və Rəblərindən bir gerçək olaraq Muhəmmədə nazil edilənə iman edənlərin isə günahlarını örtər və vəziyyətlərini düzəldər.
Saff/61:11
Allaha və elçisinə iman edirsiniz, Allahın yolunda canınız və paranızla (pulunuzla) səy göstərirsiniz. Bu sizin üçün ən yaxşısıdır, bir bilsəniz.
Saff/61:12
Günahlarınızı bağışlayar və sizi içindən çaylar axan bağçalara və Ədn bağçalarındakı saraylara daxil edər. Böyük uğur budur.
Təğabun/64:9
Gün gələr, sizi toplanma günü üçün toplayarıq. Bu, aldanma günüdür. Kim Allaha iman edər və müttəqi davranarsa, pisliklərini örtər və onu altından çaylar axan cənnətlərə daxil edər. Orada əbədi qalarlar. Böyük uğur məhz budur.
Talaq/65:5
Bu, Allahın sizə nazil etdiyi əmridir. Kim Allahı dinləyərsə, onun pisliklərini örtər və mükafatını böyüdər.
Nuh/71:3
"Allaha qulluq edin, Onu saya salın və məni izləyin."
Nuh/71:4
"(Ona görə) ki, günahlarınızı bağışlasın və sizi bəlli bir müddətə qədər təxirə salsın. Şübhəsiz, Allahın verdiyi vaxt yetişincə möhlət verilməz, bir bilsəydiniz.