Ali İmran - 3:134 O müttəqilər ki, bolluq və darlıqda yardım üçün para (pul) xərcləyərlər. Öfkələrini kontrol edərlər, insanların qüsurlarını görməməzlikdən gələrlər. Allah yaxşılıq edənləri sevər.
Müttəqilər ehtiyac içində yardım edərlər:
Həşr/59:9 Onlardan öncə yurd və inanca sahib olanlar, onlara hicrət edənləri sevərlər və verdiklərindən ötrü içlərində bir narahatçılıq hiss etməzlər. Hətta özləri ehtiyac içində olsalar belə, onları özlərindən öndə tutarlar. Doğrusu, nəfslərinin xudbinliyindən qorunanlar qurtulanlardır.


Yusuf/12:88 (Yusufun) hüzuruna girincə, "Hörmətli Zati-aliləri, bizə və ailəmizə sıxıntı üz verdi; buna görə dəyərsiz bir əşya ilə gəldik. Amma sən bizə tam ölçü ver, bizə yardım et. Allah sədəqə verənləri mükafatlandırar," dedilər.